Opera və Balet Teatrının balet truppasının gənc solisti beynəlxalq müsabiqədə iştirak edəcək -

Opera və Balet Teatrının balet truppasının gənc solisti beynəlxalq müsabiqədə iştirak edəcək

Azərbaycan Opera və Balet Teatrı balet truppasının gənc solisti Cəmilə Kərimova sentyabrın 8-dən 17-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək III Beynəlxlaq Balet artistləri müsabiqəsində iştirak etmək üçün dəvət olunmuşdur.

 

C.Kərimova Teatrda 2011-ci ildən çalışır. Truppanın ən gənc və ümidverən solistlərindəndir. Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alır. Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-Pri mükafatının sahibidir.

 

C.Kərimova müsabiqədə "Qu gölü", "Don Kixot", "Yatmış gözəl", "Bayaderka" kimi klassik baletlərdən nümunələrlə çıxış edəcəkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !