Qax Dövlət Kukla Teatrı yeni mövsümü Qızıl balıq la açacaq - FOTO

Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Qızıl balıq”la açacaq FOTO

Qax Dövlət Kukla Teatrı sentyabrın 16-da – yeni mövsümün açılış günündə balaca tamaşaçılara A.S.Puşkinin “Qızıl balıq” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.

Bu barədə AZƏRTAC-a teatrın direktoru Nazim Mahmudov məlumat verib. Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Araz Mehrablı (qoca), Afət Yaqubova (qarı), Elnarə Razıyeva (qızıl balıq), Azər Kərimov (təlxək) ifa edirlər. Tamaşanın musiqisi görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfoniyaları əsasında tərtib olunub.

Hazırda teatrda “Maşa və ayı” rus xalq nağılı əsasında səhnələşdirilən tamaşa üzərində məşqlər davam edir. Bakıdan dəvət olunmuş rejissor Elşad Rəhimzadənin quruluş verdiyi bu səhnə əsəri sentyabrın sonunda tamaşaçılara təqdim olunacaq.

Fotolar AZƏRTAC-ındır

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !