Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir adlı tədbir keçirildi. - ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

“Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı tədbir keçirildi. ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsinin qaliblərindən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir.
“Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində Azərbaycanda və xarici ölkələrdə silsilə tədbirlərin keçirilməsi”  adlı layihənin növbəti tədbiri Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə keçirilmişdir. Təbirin təşkilatçısı Hərbi-hissənin komandanlığıdır.
Azərbaycan Respublikasının Müdafiə Naziriıiyinin müvafiq idarəsinin rəhbərliyi ilə Füzuli rayonunda yerləşən hərbi korpusun rəhbərliyi səviyyəsində verilən tapşırıq nəticəsində tədbirin təşkili həyata keçirildi. Tədbirdə Yazıçılar İttifaqının Beyləqan rayon şöbəsinin rəhbəri Rövşən Budaq, şairlərdən Ağa Svalan, Arif Həsənli, Gülşən Fətiyeva iştirak etdi. 03 centyabr 2016-cı il tarixində doğum günü olan əsgərlərimizə qiymətli hədiyyələr verildi.
Hərbi-hissənin əsgərlərinə Qarabağın tarixi, mədəniyyəti, əraziləri haqda geniş məlumat verildi. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məhv edilmiş tarix- mədəniyyət abidələrimizdən ibarət sərgi hərbi-hissəyə hədiyyə edildi. Tədbirin təşkilində Beyləqan rayonunda fəaliyyət göstərən Şəfa Psixoloji Sosial Yardım İctimai Birliyinin sədri Xəlil Süleymanov, sədr müavini Asif Quliyev köməklik etdikləri üçün onlarada təşəkkürümüzü bildiririk. Ağcabədi rayonunun Qarabağ Müğam Mərkəzinin üzvləri əsgərlər qarşısında konserti proqramı ilə çıxış etdilər. Layihənin icrası davam edir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !