Sumqayıt Dövlət Dram Teatrının kollektivi məzuniyyətdən qayıtdı -

Sumqayıt Dövlət Dram Teatrının kollektivi məzuniyyətdən qayıtdı

Direktor İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov çıxış etdilər. İclasda yeni mövsüm planlarından danışıldı.
Teatrımızın uğurlarından - .Gürcüstanda, Türkiyədə, Bakı Beynəlxalq Festifalında müvəffəqiyyətlə çıxış etməsindən söz açan direktor SDDT-nin bu mövsüm də ənənəsinə sadiq qalacağını bildirdi. Bunun üçün yaradıcı və texniki heyətə işində daha məsuliyyətli və əzmlə çalışmaları tapşırıldı. Teatrın baş rejissoru əməkdar artist F.Məhərrəmov cari ilin repertuarının müəyyənləşdirilməsi üçün digər rejissorlar - əməkdar artist Namis Şirməmmədov, Vasif Məmmədov ilə fikir mübadiləsi apardı.
Yeni mövsümdə Hüseyn Cavid yaradıcılığından, Polyak drammaturgiyasından əsərlərə müraciət olunması qərara alındı. Həmçinin T.Özakmanın “ Ocaq” əsəri də siyahıya əlavə olundu. Təbii ki, azyaşlı tamaşaçı kütləsi nəzərə alınaraq Abdulla Şaiq “Tülkü həccə gedir”, Q.Xuqayev “Bir köpək vardı” və s kimi uşaq tamaşaları repertuara daxil edildi. Adları qeyd olunan və plandan kənar tamaşalar Bədii Şurada müzakirəyə verildikdən sonra hazırlanacaq.
Hazırlanan tamaşalar Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən əsaslı təmir olunan, ən müasir tələblərə cavab verən yeni teatr ocağında teatrsevərlərə təqdim olunacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !