Xaçmaz rayonunun Qobuqırağı kəndində Fitnə filmi nümayiş etdirilib - FOTO

Xaçmaz rayonunun Qobuqırağı kəndində “Fitnə” filmi nümayiş etdirilib FOTO

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Qobuqırağı kəndməscidində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev və ictimaiyyət nümayəndələri iştirak edib.
Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev tədbiri açıq elan edərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə bir neçə gündür ki, Xaçmaz rayonunun kəndlərində dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib, bu işin dini maarifləndirmə istiqamətində uğurlu addım olduğunu vurğulayıb.
Azərbaycan dövlətinin artıq dini radikalizmlə mübarizə məqsədi ilə hətta ən ucqar kəndlərdə belə, maarifləndirmə işi apardığını diqqətə çatdıran DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bu tədbirlərin öz bəhrəsini verdiyini deyib. Qeyd edib ki, azərbaycanlı gənclər arasında dini radikalizmə meyillilik yox səviyyəsindədir.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev bildirib ki, bu gün dünyada baş verən proseslərə nəzər yetirdikdə dini radikalizmin cəmiyyətdə stabilliyi və nizamı pozduğu, insanlar arasında ayrı-seçkilik yaratdığı aydın görünür.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə isə dini radikalizmə meyillənənlərin çoxunun təhsildən və maariflənmədən kənarda qalan gənclər olduğunu diqqətə çatdırıb.
Çıxışların ardınca DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi iştirakçılara təqdim olunub. Nümayişdən sonra filmlə bağlı müzakirələr aparılıb və qonaqlara DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !