Mobil telefon və aksesuarları aşkar olunub -

Mobil telefon və aksesuarları aşkar olunub

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikası ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd “Samsunq” markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksesuar aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !