Qlobal informasiya mühitində kibertəhlükəsizlik: - Elektron informasiya resurslarının müdafiəsində mütərəqqi həll yolları mövzusunda dəyirmi masa tədbiri keçirilib.

“Qlobal informasiya mühitində kibertəhlükəsizlik: Elektron informasiya resurslarının müdafiəsində mütərəqqi həll yolları” mövzusunda dəyirmi masa tədbiri keçirilib.

Avqustun 25-də Gəncə şəhərində “Qlobal informasiya mühitində kibertəhlükəsizlik: Elektron informasiya resurslarının müdafiəsində mütərəqqi həll yolları” mövzusunda
dəyirmi masa tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən təşkil olunub.

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov açaraq müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından və kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatların əhəmiyyətindən bəhs etmişdirlər.

Tədbirdə “Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq
Məmmədov və SİNAM MMC-nin nümayəndəsi Qəndilov Qasım təqdimatlarla çıxış
edərək elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiəsində mütərəqqi
həll yolları barəsində tədbir iştirakçılarını məlumatlandırmışdırlar.


50 nəfərdən çox universitet və kollec əməkdaşlarının, tələbələrin və media nümayəndələrinin, dövlət və bank sektoru nümayəndələrinin, həmçinin digər müəssisələrin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda müasir informasiya dövründə elektron informasiya resurslarının müdafiəsi ilə bağlı mütərəqqi həll yolları məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar və elektron informasiya resurslarının kibertəhdidlərdən müdafiə edilməsi sahəsində mütərəqqi həll yolları barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !