Yarat Müasir İncəsənət Mərkəzində “Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçiriləcək
Bu xəbəri paylaş
30 avqust tarixində saat 19:00-da Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçiriləcək. Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.
Qeyd edək ki, “Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.
“Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, bədii rəhbəri Eldar Quliyev, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı və digərləri canlandırırlar.
Giriş sərbəstdir.
Əlavə məlumat üçün əlaqə telefonu: +99412 505 1414
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az