Sona Vəliyeva: - Şübhə

Sona Vəliyeva: Şübhə

Şübhə


Şübhə şeytan oyunu
Şübhə olmuşdan betər
O, evi şübhə yıxdı
Yetər şübhələr yetər


Ömrünü yellər aparar
Gülüşün ömürdən salar
İnam verər, şübhə alar
Şübhələrdə itən adam.


Çağırdım duymur bu adam
Aşkarmı, sirrmi bu adam?
Görəsən deyəcəkmi haçan
Yetər şübhələr yetər.


Elə hey süzülür göz yaşı,
Nə düşünür qəlbi, başı?
Özü boyda şübhə daşı
İçində gəzdirən adam.


Közərir, alışmır, bilmir
Doğrumu, çaşıbmı, bilmir
Özüylə savaşır bilmir
Şübhələrə dönən adam.


Saralan, solan ülfətdi
Adiləşən məhəbbətdi
İtən dözüm dəyanətdi
Yetər şübhələr yetər.

 


Sona Vəliyeva 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !