Bu ilin II rübündə internet vasitəsilə yoluxma riskinə ən çox Azərbaycandan olan istifadəçilər məruz qalıb -

Bu ilin II rübündə internet vasitəsilə yoluxma riskinə ən çox Azərbaycandan olan istifadəçilər məruz qalıb

“Kaspersky Lab” şirkətinin məlumatına əsasən, 2016-cı ilin ikinci rübündəAzərbaycandan olan hər üçüncü istifadəçi ən azından bir dəfə veb-təhlükələr ilə rastlaşıb və bu, dünya üzrə ən yüksəkgöstərici hesab olunur.

Beləliklə, internetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilərsiyahısında Azərbaycan birinci yerdə qərarlaşıb, halbuki ilin əvvəlində dördüncü pillədə idi. Liderlər üçlüyündə həmçinin Rusiya və Çin yer alıb, Azərbaycan isə bu top üçlükdən Qazaxıstanı sıxışdırıb çıxarıb. İkinci rübdə orta hesbala Azərbaycandan olan hər bir istifadəçinin payına 10,5 veb-təhlükə düşüb.

Buna baxmayaraq, lokal yoluxma təhlükəsinin yayılma dərəcəsinə görə aprel-iyun aylarında Azərbaycan heç ilk iyirmilikdə belə yer almayıb. Bu o deməkdir ki, keçən rübdəAzərbaycanda fayllar və portativ yaddaş daşıyıcıları vasitələri ilə kompüteri yoluxdurma riski digər ölkələrlə müqayisədə daha zəif idi.

“Şəbəkədə kibertəhlükələrin sayı hər gün dayanmadan artır, zərərverici proqramlar isə daha da qəlizləşir və güclənir. Səhlənkarlıq və diqqətsizlik göstərərək istifadəçi naməlum linkə daxil olduğu və ya naməlum şəxsin göndərdiyi məktubda əlavəni açdığı zaman öz kompüterinə çoxsaylı zərərvericilərdən birini yükləmə riskinə məruz qalmaqla yanaşı qiymətli fayllar iləməxfi məlumatları risk altına atır.Yeni və hələ geniş yayılmamış təhlükələri müəyyən edən güclü texnologiyaya malik etibarlı müdafiə həll vasitəsilə bu riskləri və onlarla bağlı problemləri aradan qaldırmaq mümkündür”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

2016-cı ilin ikinci rübündə dünya üzrə təhlükələrə dair ətraflı məlumat:


https://securelist.ru/analysis/malware-quarterly/29062/it-threat-evolution-in-q2-2016-statistics/
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !