Proqramlaşdırma Aksiyası adlı layihə keçirilmişdir -

“Proqramlaşdırma Aksiyası” adlı layihə keçirilmişdir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə həyata keçirilən “Proqramlaşdırma Aksiyası” layihəsi yekunlaşmışdır.
Layihə rəhbəri Ceyhun Məmmədzadənin sözlərinə görə layihənin keçirilməsində əsas məqsəd gənclərin proqramlaşdırma sahəsində maarifləndirilməsindən ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində təlimlərin keçirilməsilə yanaşı maarifləndirici video-rolik hazırlanaraq gənclərə təqdim olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !