Azərbaycanlı model ilk dəfə komedik janrlı filmə çəkilir - FOTO

Azərbaycanlı model ilk dəfə komedik janrlı filmə çəkilir FOTO

Aktrisa kimi də fəaliyyət göstərən məşhur model Sevinc Şirinova “Üç badam bir qoz” adlı filmə çəkilir.


O, bu haqda AZpress.AZ-a danışıb:

"Üç badam bir qoz" filmindən mənə dəvət gələndə əvvəlcə çəkilə bilmərəm deyə düşündüm və sonra özümü kəşf edib əksini gördüm. Film komediya janrındadır.
Xatırladım ki, ilk dəfə komediya janrında bir filmə çəkilirəm. Film hədsiz maraqlı və gülüş doğurandır. Obrazıma görə çox sevinirəm. İnşallah, çox maraqlı komediya gəlir. Hər kəsin əməyi olan bu filmə uğurlar arzulayıram və hazırlaşın, film inşallah, yeni mövsümündən bütün Kino Mərkəzlərində yayımlanacaq".
Qeyd edək ki, filmin baş rollarını instaqramın fenomenləri Altun Mətləboğlu, Mənsur Şərif, Rəsul Abbasov, Sabir Samiroğlu ifa edir. Sevinc Şirinovanın tərəf müqabilləri cazibədar aktrisalar Cəmilə Tağızadə, Mila və Nigar Babayeva olacaq. Quruluşçu operatorluğunu Nicat Zeynallının və rejissorluğunu Rafael Bağıroğlunun etdiyi filmin bu ilin yeni mövsümündə təqdim olunacağı gözlənilir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !