Gənclər arasında kompyuter oyunları üzrə Milli Çempionatın zona yarışının final mərhələsi keçirilib - FOTO

Gənclər arasında kompyuter oyunları üzrə Milli Çempionatın zona yarışının final mərhələsi keçirilib FOTO

Şəmkirdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə gənclər arasında kompyuter oyunları üzrə X Azərbaycan Milli Çempionatının zona yarışının final mərhələsi keçirilib. Yarışda Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux və Tovuz rayonlarının komandaları və fərdi oyunçuları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon gənclər və idman idarəsinin rəis müavini Elçin Cəfərov açaraq iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev yarışın iştirakçılarına oyunun keçirilmə qaydaları və şərtlərini izah edib.

Yarışda komanda oyununda I yerə Şəmkir, II yerə Naftalan, III yerə Daşkəsən komandaları layiq görülüb. "FIFA 2016" fərdi oyununda isə Elnur Mirzəyev qalib olub.

Sonda qaliblər fəxri fərman və diplomlarla təltif edilib.

Fotolar AZƏRTAC - ındır 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !