Hüseyn Kərimov: - Havadan pul qazananlar

Hüseyn Kərimov: Havadan pul qazananlar

Qəribə dönüşləri var bu həyatın. Xatirimdədir, 40 il bundan öncə Bakının köhnə məhəllələrində yaşadığım dövrdə, 100 mənzildən birinə telefon xətti çəkilmişdi. Bu bəxtəvərlər elm adamları, müəllimlər , həkimlər, milis işçiləri və imkanli şəxslər idi......
O vaxtı yanğın söndürənlərə, təcili yardıma, yaxud yaxın qohuma zəng etmək üçün bu imtiyazlılara xahiş edib minnətçi olurduq..
Allaha şükürlər olsun keçmişdə qaldı o çətin günlər. Statistikaya əsaslansaq İndi nəinki hər mənzilə, hətta adambaşına 2 - 3 mobil telefon düşür. Bizim millətin özünəməxsus xüsusiyyətlərini nəzərə alsaq, bu mobil telefonların alış qiyməti 200- 800 AZN arasında oynayır. Birinci sinifə ilk addımını atan uşaq da, məzun da, şirkət prezidenti də, fəhlə bazarında iş axtaran da, polis də, molla da, bir sözlə hamı bu mobil xəstəliyin cəngindədir.....Bəlkə elə deyil???
Bu bir yana... Deyirlər mobil telefonlardakı müxtəlif funksiyalar insanların əməyini yüngülləşdirir və daha effektli edir....
Bəs onda saatlarca mobil telefonda nərd oynayan, formula 1 də maşın sürən, mesaj göndərən yəni məktublaşan və çənə döyənləri hansı siyahıya salaq ???
Təbii fövqəl bir hadisə baş verəndə , yaxud qohum, qonşudan hal-əhval tutmaq üçün mobil əlaqə ən sürətlı və sınanılmış bir rabitə vasitəsidir.
İndi gəlin bu əvəzolunmaz vasitənin iqtisadi tərəfinə nəzər yetirək.
Dövlət tərəfindən mənzillərə çəkilmiş telefonun bir aylıq abunə haqqı 2.50 AZN -dir.Yəni biz bir ay ərzində məhdudiyyat qoyulmadan gecə və gündüz bu rabitə vasitəsindən istifadə etmək hüququna malikik. Ancaq mobil telefonlara , ölkədaxili(regionlara) və ölkəxarici (şəhərlərə) abonentlərə zəng vuranda tarif şurası tərəfindən müəyyənləşdirilmiş qiymətlər üzrə danışıqlara görə ödənış olunur. Qeyd edilməlidir ki, bu sahədə görünən işlər tərifəlayiqdir. Yəni operativlik və yüksək keyfiyyətli xidmət, insanlara böyük zövq verir .

Mobil operatorlara gəlincə burda vəziyyət yerlə göy arasında olan fərqə bərabərdir...
Mobil abunə nömrələrinin "xoşbəxt sahibləri" aylıq abunə haqqından əlavə, bütün danışıqlara görə pul ödəyirlər. Hətta onlara elə bir qəbz göndərilir ki , adam çaş- baş qalır və özünə sual verir həqiqətənmi bu qədər vaxtı mən danışmışam???
Bax burda deyirlər, kişinin başına iş gələr.....
Qısası işini möhkəm tut ki, dostunu oğru sanmayasan. Bizim camaat da, ürəyi təmiz, təvazökar və hər şeyə inanan. Düşüb bu havadan pul qazananların caynağına....
Maraqlıdır bu xəstəlik elə yoluxur adama bir də görürsən ki, onun girdabındasan.. Sonuncu pulunu belə danışıq üçün ödəyirsən. Çalışın az danışıb çox iş görün. Gördüyünüz işdə bazar trayektoriyasına deyil dünya müstəvisinə aid olsun .Məgər bizim qərblilərdən nəyimizsə əskikdir???

Hüseyn Kərimov  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !