Hüseyn Kərimov: - Milli ruhumuz əmanətimizdir

Hüseyn Kərimov: Milli ruhumuz əmanətimizdir

Müasir dövrdə hər bir insan çoxmilyonlu sosial şəbəkə istifadəçiləri ordusunun əsgəridir desəm yanılmaram. Real həyatdakı vaxtının yarısını virtual aləmə, yəni sosial şəbəkələrə həsr edənlərin sayı gündən - günə artmaqdadır. Kimlər bu virtual aləmi bir oyuncaq, kimlər əsl həyat tərzi, kimlərsə gəlir mənbəyi kimi dəyərləndirir. Maraqlı tendensiya budur ki, istifadəçilər sosial şəbəkələrdə özlərinin dahi, güclü, dəlisov, şıltaq, ehtiraslı və digər üstünlüklərə malik olmalarını sübut etmək üçün dəridən-qabıqdan çıxaraq, min cür ağlasığmaz üsullara əl atırlar. Sanki burda bir qaydasız döyüş və yarış keçirilir.....
Kimi intellektual səviyyəsinə, kimi zövqünə, kimi idman yaxud cazibədar bədən quruluşuna güvənib özünü cəmityyətin, daha doğrusu virtual aləmin ən ideal namizədi sanır. Təbii ki, bu təbliğatda kompyüter programları vasitəsilə rəndələnmiş və daha da baxımlı olan video və foto görüntülərin rolu böyükdür. Diqqət çəkən bu görünrülərin bir qismi sadə, zövqsüz və məntiqsiz olsada , aralarında yüksək peşəkarlıqla tərtib olunanlara da rast gəlinir. Qeyd edildiyi kimi bu təqdimatlar təkcə ayrı - ayrı fərdlərin deyil, həm də işgüzar maraqların təbliğini əhatə edir.Yəni adam var ki, sosial şəbəkə onun çörəy ağacıdır. Bu tip kateqoriyalı istifadəçilər sosial şəbəkələrdə müxtəlif məhsulların satışıyla məşquldurlar.Onlar buradakl məqsədi ancaq və ancaq qazanc əldə etməkdir. Belələri "dostlarını " ancaq maraq dairəsinə uyğun seçirlər. Yəni bu məkanı bazar hesab edən internet tacirlərini , ünsiyyət qurduqları insanların mənəvi tərəfləri deyil, ancaq maddi durumları maraqlandırır. Onların əsas məqsədləri insanların maraqlarını müxtəlif yollarla təklif etdiyi məhsulların alışına yönəltməkdir. Sosial şəbəkələrin digər istifadəçiləri isə romantik notlara köklənmişlərdir. Onların kimi "ağ atlı oğlan", kimi "zoluşka", kimi "qızıl balıq", kimi də "xəzinə" axtarışındadır.....
Hamı bir-birinə yalan vədlər, xoşagəlimli komplimentlər və təriflər deyir. Belə bir deyimvar - mən bilirəm, sən bilirsən ki, mən nə bilirəm. Hamı maskalandığının fərqindədir. Sadəcə oyunun qaydası budur. Bu həyatın və cəmiyyətın reallığıdır. Nədənsə son vaxrlar insanlar daha çox saxtakarlıq, riyakarlıq, əxlaqsızlıq və kütbeyinlik uçurumuna doğru meyllənirlər. Bəlkə bu sovet ittifaqı dağllandan sonra sərhədlərimizin qərb ideologiyası üçün taybatay açılması üzündəndir? Axı bu dövrə qədər biz qapalı bir cəmiyyətin vətəndaşlarıydıq. Nə qədər acı olsada həqiqəti demək lazımdır. O vaxtlar nə böyük, nə kiçik belə qələti eləyə bilməzdi. İnsanlar qanun və cəmiyyət qarşısında həm sorumlu idi, həm də məsuliyyət daşıyırdı.Təsəvvürə belə gətirmək olmazdı ki, kimsə babasının vətən müharibəsində iştiraka görə aldığı ordenini və ya nənəsinin köhnə sandığında qalmış ölülük - dirilik saydığı əntiq əşyasını satmaq üçün qəzetdə elan versin, yaxud cavan oğlan yaşlı xanımlar üçün müalicəvi massaj , həmçinin on yeddi yaşlı qızcığaz isə intim xidmətlərini təklif etsin. O dövr həmin şəxlərə dinməzcə məhkəmənin qərarı ilə üç , beş və ya on il kəsib koloniyaya yəni cəzaçəkmə məntəqəsinə göndərərdilər.Indi sosial şəbəkələrdə elə ağlagəlməz və millətə utanc gətirən profil adları ilə rastlaşırıq ki, insanın beyninə qeyri ixtiyari bir sual gəlir, həqiqətənmi bunlar Azərbaycanlıdırlar? Müqaisə üçün digər qonşu ölkələrin sosial şəbəkə istifadəçilərinin profillərinə göz gəzdirəndə belə halların nisbətən az müşahidə olunduğu qənaətinə gələndə adamı yayın istisində titrəmə tutur...
Yəni bu qədərmi "öndəyik" ? Təəssüflər olsun ....
Bunu heç bir sözlə ifadə etmək olmur. Bu mikroblara qarşı çıxmaq üçün bizə, sıravi vətəndaçlara və cəmiyyətimizin ağıl sahiblərinə möhkəm iradə və amansız təpki gərəktir. Axı gələcək nəsillərin sağlam ruhlu ,vətənpərvər və milli dəyərlərə sahib olması bizdən aslıdır. Onlara qoyacağımız əmanət isə mütləq milli ruhumuza uyğun olmalıdır. Yoxsa cırraşıb itərik...

 

 

Hüseyn Kərimov. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !