Dillər Universitetində çinli alimlə görüş keçirildi -

Dillər Universitetində çinli alimlə görüş keçirildi

Avqustun 12-də Azərbaycan Dillər Universitetində (ADU) Sintszyan Pedaqoji Universitetinin Biznes İnstitutunun əməkdaşı, görkəmli iqtisadçı alim Həbibulla İmamhacının ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə görüşü keçirildi. Çinli qonaq əməkdaşı olduğu Universitetin təhsil və mədəni mübadilə sahəsində xarici ölkələrin qabaqcıl universitetləri ilə əməkdaşlığı, beynəlxalq iqtisadi münasibətlərə dair aparılan tədqiqatlar, Sintszyanın Çinin Avrasiya ölkələri ilə xarici ticarətinin inkişafında və İpək yolu İqtisadi kəmərinin mərkəzi hissəsinin fəaliyyətinin təmin edilməsində rolu barədə danışdı.
ADU nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Konfutsi İnstitutunun təhsil və maarifçi fəaliyyətindən danışaraq, İpək yolu İqtisadi kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunmuş seminarların keçirilməsini xüsusilə qeyd etdi. R.Abbasov həmçinin, çinli mütəxəssislərin iştirakı ilə Çinin “Bir kəmər və bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların keçirilməsində maraqlı olduqlarını bildirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !