Akif Ağayev: - BAŞA BƏLA – İNTERNET KLUB, KİBER DÜNYA

Akif Ağayev: BAŞA BƏLA – İNTERNET KLUB, KİBER DÜNYA

Allah yaponlardan razı olsun, texnikada qabaq düşmüşük. Maşallah cibimizdə telefon, evimizdə internet. Lakin bəzi işlərimiz dal-qabaq düşüb. Adam ha istəyir bu texniki tərəqqiyə sevinsin, amma ürək açılmır.
Uşaqlar oyun-oyuncaq əvəzinə kiber oyunlara maraq göstərir. Məktəblilər əyləncə və istirahət bəhanəsilə vaxtın çox hissəsini internet klubda keçirir. Kiber dünya gələcəyimizi təhlükəyə sürükləyir. Vahiməli, döyüş səhnələri ilə zəngin əcnəbi cizgi və parnoqrafik filmlər azyaşlı və yeniyetmələrin əxlaqına, təlim və təhsilinə mənfi təsir göstərir. Orta məktəb məzunlarının yarıdan çoxunun buraxılış imtahanlarından iki qiymət alması, və ya ali məktəblərə qəbul zamanı 200-dən aşağı bal toplaması bizə nə deyir? Fikirləşin!..
Uşaqların əsasən yay istirahətinin səmərəli təşkili ön planda olmalıdır. Dəfələrlə bu məsələ müzakirə obyektinə çevrilsə də, hələ ki danışıqların heç bir nəticəsi yoxdur. Yaxşı səslənməsə də, deməliyəm. Hətta bəzi valideynlər qəti qərar qəbul etməkdə acizdir. Onda bəs nə vaxtadək ayağımızı soyuq suda (axı indi yaydır) uzadıb gözləməliyik? 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !