"Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası" - FOTO

"Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası" FOTO

Bu gün Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində Ahıllara və Tənhalara Dəstək ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası" layihəsnin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə açan Ahıllara və Tənhalara Dəstək ictimai birliyinin sədri və layihə rəhbəri Ruhiyyə Məmmədova bildirib ki, bu bir pilot layihə olaraq, həmin ərazidə yaşayan ahıl və tənha insanların sosial adaptasiyasını nəzərdə tutur. Layihə çərçivəsində monitorinqlər aparılmış və Binəqədi rayonunun 6,7,8 və 9-cü mikrorayonlarda sosial xidmətlərə ehtiyacı və hüquqi olan 14 vətəndaş müəyyən olunub. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə siyahı yollanmış və həmin vətəndaşların bu xidmətdən yararlanmaları üçün müvafiq işlər aparılır.
Eyni zamanda pilot ərazidə sosial məişət xidməti alan 25 ahıl vətəndaş arasında mini sorğular təşkil edilmişdir. Sorğular əsasən sosial işçilərin davranışı, istifadə olunan xidmətlərin tərkibi və yeni arzu olunan xidmətlərlə bağlı olub.
Layihə rəhbəri eyni zamanda qeyd edib ki, Bundan başqa Binəqədi rayonunun 6,7,8 və 9-cü mikrorayonlarda yaşayan ahıl və tənha vətəndaşlar üçün teatr turları təşkil edilib. Tur çərçivəsində İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” və Hüseynbala Mirələmovun “Miras” tamaşalarına 14 ahıl vətəndaş baxmışdır. Daha sonra layihə çərçivəsində görülən işlər barəsində slayd və video-çarx nümayiş olunub.
Tədbirdə iştirak edən Vətəndaşların Sosial Rifahı İB-nin sədri İradə Rzazadə, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, "Xocalı Soyqırımını Tanıma" İB-nin sədri Şamil Sabiroğlu, digər QHT və ictimaiyyət nümayəndələrindən İradə Əlili, Samir Adıgözəlli, Bəsti Nəsibova, Ələkbər Həşimov, Tofiq Əliyev, Çiçək Həsənova, Şəfaqət Dağıstanlı, Rəsmiyyə Allahverdiyeva, Günel İsayeva, Tahirə Nağıyeva, İlqar Əliyev, Həqiqət Əsədova, Cahangir Sabiroğlu, Elxan Rəsuloğlu, Səbuhi Əliyev və digərləri layihənin əhəmiyyətindən, ahıl və tənha vətəndaşlara dövlətin qayğısından, vətəndaş cəmiyyəti təşkilatlarının da bu prosesdə iştirakı məsələlərindən danışıb və təkliflərlə çıxış ediblər.
Tədbirin sonundan təşkilatın sədri Ruhiyyə Məmmədova aktiv fəaliyyəti, ahıl və tənhalarla göstərdiyi xidmətlərə görə, "Döyüşçu" qəzetinin fəxri fərmanı ilə təltif olundu .
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !