Elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları - FOTO

“Elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları” FOTO

Avqustun 2-də Gəncə şəhərində “Elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları” mövzusunda dəyirmi masa tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən təşkil olunub.

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov və Oracle korporasiyasının Azərbaycan təmsilçiliyinin nümayəndəsi Asif Hümbətov açaraq müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından və kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatların əhəmiyyətindən bəhs etmişdirlər.

Tədbirdə Oracle korporasiyasının Azərbaycan təmsilçiliyinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Teymur Hacıyev və Cəbi Ağayev təqdimatla çıxış edərək elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları haqqında, eyni zamanda mövcud kibertəhdidlər, risklər və problemlər barəsində tədbir iştirakçılarını məlumatlandırmışdırlar.


50 nəfərdən çox universitet və kollec əməkdaşlarının, tələbələrin və media nümayəndələrinin, bank sektoru və digər müəssisələrin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məslələrinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar və elektron informasiya resurslarının kibertəhdidlərdən müdafiə edilməsi sahəsində mütərəqqi həll yolları barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !