Binəqədi rayonunda Onların arzuları üçün birləşək adlı sosial aksiya keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Binəqədi rayonunda “Onların arzuları üçün birləşək” adlı sosial aksiya keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov)

28 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi bələdiyyəsinin və Binəqədi rayonunda yerləşən “İdrak” liseyinin təşkilatçılığı ilə “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili” günü münasibətilə “Onların arzuları üçün birləşək” adlı sosial aksiya keçirildi.
Keçirilən sosial aksiyada Binəqədi rayonunda yerləşən 272 saylı körpələr-evi uşaq bağçasının balaca fidanları iştirak etdilər. Onlar üçün maraqlı bir gün təşkil edildi. Müxtəlif personajların geyimlərində olan balaca fidanlar Binqədi rayonunun ərazisinə tura çıxdılar. Balaca fidanlar Azadlıq prospekti və Heydər Əliyev adına istirahət parkını gəzərək müxtəlif personajları nümayiş etdirdilər, ətrafda olan insanlarda xoş əhval-ruhiyyə yaratdılar.
Gəzintinin sonunda tədbirdə iştirak edən uşaqlar Heydər Əliyev adına istirahət parkında nahar etdilər.
“Onların arzuları üçün birləşək” adlı sosial aksiyanın davamlı olması nəzərdə tutulub. Aksiyanın əsas məqsədi məktəbəqədər müəssisələrdə təhsil alan aztəminatlı ailələrin uşaqları daxil olmaqla ümumillikdə uşaqlar üçün önəmli günlərdə onların arzu və istəklərini həyata keçirməkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !