Hüseyn Kərimov: - Şəbəkəbənd

Hüseyn Kərimov: Şəbəkəbənd

Hörmətli sosial şəbəkə istifadəçiləri !
Qocalı - cavanlı , xanımlı - bəyli , bir sözlə kiril ya latın əlifbası ilə "xariqələr" yaradan "qələm" sahibləri !
Əgər buranı bir təcrübə laboratoriyası yaxud söz güləşdirmə meydanı sanırsızsa , tamamilə yanılırsız. Bura yaşadığımız real həyatdan az fərqlənir. Yəni burda fizioloji olaraq mövcud olmasaqda mənəvi və psixoloji baxımdan dünya görüşümüzü, həyata hansı bucaqdan baxdığımızı, bir birimizə əyani şəkildə yəni yazdığımız statuslar , yerləşdirdiyimiz foto və videolar vasitəsilə nümayiş etdiririk. Maraqlısıda odur ki, burda hamı özünü dahi görmək və göstərmək istəyindədir.....Təbii sözün çəkisinə hörmətlə yanaşanlarla , onun başına oyun açanlar arasında yerdən göyədık fərq var. Təəssüflər olsun ki, birincilərin maarifləndirici istiqaməti, ikincilərin hay - küyçü kücə jarqonları qarşısında tab gətirmir. Bu nədir? Cəmiyyətdən gələn sifariş , yoxsa ərköyün kütlənin həyat tərzi?Sosial şəbəkələr özləri ilə yeni təfəkkür tərzi ilə yanaşı, həmdə leksionumuza yad terminlərdə gətirdilər. Mesajlar , okeylər , layklar, selfilər bu siyahıya daxildir. Sanki cəmiyyətimizdə bu sözlərdən tez-tez istifadə etmək üzrə yarışa start verilib. Yeri gəlgi gəlmədi hamı mesajlaşaraq , etdiyi selfiləri okeyləyərək , hamının layklamasını gözləyir......
Qızlar dodaqlarını büzərək , oğlanlar isə yuxuda görmədiyi avtomobillərin önündə poza verirlər, yəni şəkil çəkdirirlər.....
Hər şey saxta və süni şəkildə . Təəccüblü olsada hamı bunu bilir. Belə bir deyim var- Mən bilirəm ki , sən bilirsən ki, mən nə bilirəm....
Axı nəyə gərəkdir bu lazımsız , heç bir mənəvi dayağa əsaslanmayan, üzdə göstərici yəni formal xarakter daşıyan , həqiqətdən uzaq bir tərz???
Doğrudanmı insanlar mənasız statuslara görə bir- biri ilə bəhsə girərək yerləşdirdıkləri qeyri məntiqi şərhlərdən zövq alırlar?
Atalar demişkən bir dəli quyuya daş atdı yüz ağllı onu çıxarmağa çalışdı...
Bir sözlə bu qaynar qazanın qapağı yoxdur , daşdıqca daşır və içindəkiləri ətrafa cıçradir....
Ehtiyatlı olun ki, yanmayasınız...

 


Hüseyn Kərimov
23.06.2016 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !