Lənkərandakı Heydər Əliyev Xatirə Parkında turistlər üçün konsert proqramı - FOTO

Lənkərandakı Heydər Əliyev Xatirə Parkında turistlər üçün konsert proqramı FOTO

Yay turizm mövsümü ilə əlaqədar Lənkəranda mədəni-kütləvi tədbirlərin keçirilməsi geniş vüsət alıb. Şəhər mədəniyyət və turizm şöbəsi tərəfindən bir istiqamətdə tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Lənkəran Mədəniyyət Mərkəzinin klub filialları təkcə iyun ayında 100-dən çox musiqili, əyləncəli, mədəni-kütləvi tədbir keçirib. Bu tədbirlərin əksəriyyəti turizm və istirahət mərkəzlərində təşkil olunub.

“Yurdum, yuvam, məskənimsən Azərbaycanım” devizi ilə Heydər Əliyev Xatirə Parkında təşkil olunan növbəti konsertdə rayon sakinləri ilə yanaşı, yerli və xarici turistlər də iştirak ediblər.

Tanınmış musiqiçilərin ifası, xüsusən də balacaların hər ifaya qoşulub rəqs etməsi mərasim iştirakçılarına xoş ovqat bəxş edib.

Üç saata yaxın davam edən konsert proqramı atəşfəşanlıqla başa çatıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !