Gəncədə Episkeptis dekorativ-tətbiqi sənət sərgisi açılmışdır - FOTO

Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisi açılmışdır FOTO

16 iyul 2016-cı il tarixində Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi, Epikür Bağı restoranının təşkilatı dəstəyi Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisi açılmışdır. Açılışda çıxış edən sərginin kuratoru Məhbarə Abbasova sərginin ümumi konsepsiyası və Gəncə üçün önəmindən, Gəncədə ilk dəfə incəsənət sahəsində alternativ sektora müraciət edib əsərlərin fərqli məkanda təqdimatına nail ola bildiklərini qeyd etdi. Gənc şüşə rəssamı, MDİSA-nın tələbəsi Məhər Məhərrəmov sərginin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib gələcəkdə də bu cür sərgilərin keçirilməsinin önəmliliyini bildirdi. Sonda bütün səri iştirakçıları sertifikatlarla təltif edildilər.
Sərgidə Gəncəyə qonaq gələn 190-illik tarixə malik dünyaca məşhur S.Q.Stroqanov adına Moskva Dövlət İncəsənət və Sənaye Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri və Gəncənin dekorativ-tətbiqi sənət rəssamların şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri nümayiş olunacaq. Ekspozisiyaya Butina Anna, Kulikova Anna, Melniçuk Mariya, Tarasova Yekaterina, Smirnova Mariya, Drojdin Aleksey və s., Gəncə rəssamlarından isə Məhər Məhərrəmov, Şəhla Nəzərova, Sona Məhərrəmova, Kazımova Ləman və s. ümüumilkdə 30 əsəri nümayiş etdirildi. Sərgi iki gün davam edəcək.
«Episkeptis» dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına əsasən episkeptis yunan dilindən tərcümədə --qonaq, kimisə dostcasına ziyarət edən şəxsdir. Sərgiyə bu adın verilməsi və məhz Epikur bağında keçirilməsi təsadüfi deyildir. Belə ki, bəyaz interyerindən istifadə edərək şəffaf bədii şüşə və incə tikmələrinin bu cür aurada təqdim olunması vəhdət təşkil edəcəkdir. Eyni zamanda, məkanın adının götürüldüyü yunan filosofu Epikürun və onun davamçılarının etiketinə əsasən, onların məkanına və geniş anlamda Azərbaycana, Gəncəyə gələn hər kəs qonaqdır: “Qonaq, sən burada zövq alacaqsan; burada məmnuniyyət-ən ali mənəvi sabitlik vəziyyətidir”.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !