Ağdamda Qarabağ uğrunda hazır ol devizi altında Qarabağ kubokuna start verilib. - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Ağdamda “Qarabağ uğrunda hazır ol” devizi altında Qarabağ kubokuna start verilib. FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Qarabağ uğrunda hazır ol” layihəsi çərçivəsində Alpaqut Döyüş sənəti üzrə yeniyetmə və gənclər arasında “Qarabağ Kuboku”na start verilib.
Yarışda işğal olunmuş rayonların komandaları daxil olmaqla respublikanın müxtəlif bölgələrində məskunlaşmış 25 komandadan ibarət 189 idmançı iştirak edirdi.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalova Federasiyanın Baş katibi Rafiq Qasımov raport verdi.
Qarabağ Kuboku Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə və Şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edildi.
Giriş sözü ilə Qaçqın və Məcburi köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna belə bir əhəmiyyətli layihəni maliyyələşdirdiyinə görə təşəkkürünü bildirdi.
O, çıxışında “Qarabağ uğrunda hazır ol” devizi altında keçirilən bu yarışın ictimai və vətənpərvərlik istiqamətindəki əhəmiyyətindən danışaraq təmas xəttində yerləşən Ağdam Olimpiya İdman kompleksində Qarabağ Kubokunun keçirilməsini torpaqlarımızı hələdə işğal altında saxlayan erməni separatçılarına ciddi bir mesaj olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm Cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğıdan bəhs edən natiq 2015-ci ildə 1-ci Avropa Oyunlarının, 2016-cı ildə Formula 1 yarışlarının Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyət daşıdığını qeyd edərək ölkəmizin 2017-ci ildə “İslam Həmrəylik oyunları”na və digər beynəlxalq səviyyəli yarışların keçirilməsinə ev sahibliyi etməsini ölkəmizin artan nüfuzundan və ona olan inamdan irəli gəldiyini bildirdi.
Alpaqut Döyüş Sənətinin müəllifi Kutsan Vasif Namazov çıxış edərək Alpaqut Döyüşünün tarixindən danışaraq bütün idmançıların Qarabağ uğrunda döyüşə daim hazır olduqlarını bildirdi və bu tədbirin keçirilməsinə görə Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatına təşəkkürünü bildirdi.
Ağdam rayon İcra Hakimiyyətinin rəsmisi Mehman Mustafayev İcra hakimiyyəti başçısının adından yarış iştirakçılarını salamlayaraq Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatına belə bir mötəbər vətənpərvərlik yarışını təşkil etdiyinə görə təşəkkürünü bildirdi.
Rəsmi hissədən sonra Ağdam rayon Mədəniyyət şöbəsinin əməkdaşlarının iştirakı ilə vətənpərvərlik ruhunda mahnılar səsləndi. Bədii hissənin sonunda Qarabağ Şikəstəsinin və cənginin sədaları altında idmançıların qələbə uğrunda yarışına start verildi.

 



Elgün Gəncimsoy, Ağdam​ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !