Azərbaycan Dövlət Pantomima Teatrında "Adagio" adlı yeni səhnə əsərinin premyerası keçirildi - FOTO

Azərbaycan Dövlət Pantomima Teatrında "Adagio" adlı yeni səhnə əsərinin premyerası keçirildi FOTO

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində 02-03 iyul 2016-cı il tarixində "Adagio" (poetik düşüncə) adlı yeni səhnə əsərinin premyerası keçirildi. Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə və Əməkdar Artisti Nargilə Qəribova, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar Artisti Nargilə Qəribova, rəqslərin quruluşu isə Elnur İsmayılova məxsus idi.

Tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti və digər məsələlər qaldırılıb. Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir.

Tamaşaçılar arasında teatr kino və incəsənət sahəsində tanınmış simalardan xalq artisiti Fuad Poladov, Sənubər İsgəndərli, Əminə Yusifqızı əməkdar artist Mehriban Zəki, Natiq Şirinov, Ayan Mirqasımova, kinorejissor Xalq artisti Oqtay Mirqasımov, televiziya rejissoru Xalq artisti Ramiz Həsənoğlu, kinorejissor Rövşən İsax, Vaqif Azəryar, C.Cabbarlı adina kinostudiyanın direktoru Müşfiq Hətəmov, bəstəkar Gövhər Həsənzadə teatrşünas professor əməkdar incəsəsnt xadimi Aydin Talıbzadə və media işçiləri var idi.

Tamaşa 10,16,17 iyul 2016-cı il tarixlərində saat 18:00-da yenidən oynanılacaq.

Azərbaycan Dövlət Pantomima Teatrı 23-cü teatr mövsümünü iyul ayının 17-də Bəxtiyar Xanızadənin “Adagio” tamaşası ilə bağlayacaqdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !