YUĞ Dövlət Teatrında Medeya. Sekvensiya 001 tamaşasına ictimai baxış keçirilicək - FOTO

YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış keçirilicək FOTO

7 iyul saat 19.00-da YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış keçiriləcək.
Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısıMikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.
Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirmək cəhdində bulunur. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.
“Medeya. Sekvensiya 001” – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Tamaşanın xronometrajı 1 saat 15 dəqiqədir


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !