Səyahətçilərin 44%-i təyyarə başqa ölkəyə enən kimi dərhal şəbəkəyə qoşularaq öz rəqəmsal məxfi məlumatlarını riskə atır -

Səyahətçilərin 44%-i təyyarə başqa ölkəyə enən kimi dərhal şəbəkəyə qoşularaq öz rəqəmsal məxfi məlumatlarını riskə atır

“Kaspersky Lab” şirkəti istifadəçilərin xaricdə şəbəkədə davranışını araşdırmaq məqsədilə onların xarici səfərlər zamanı hansı təhlükələrə məruz qalmalarına dair tədqiqat*aparıb. Ümumilikdə sorğuda bütün dünyadan 11 850 insan iştirak edib.

Məlum olub ki, xarici ölkəyə çatan kimi sorğu iştirakçılarının 44%-i şəbəkəyə daxil olur. Məsələn, onların 69%-i yaxınlarına sağ-salamat çatdıqları barədə dərhalməlumat vermək, 39%-i xəritə və hotelin sifarişi kimi səyahət üçün lazımlı məlumataçıxış əldə etmək, 34%-i isə sosial şəbəkələrə daxil olmaq istəyir. Sorğu iştirakçılarının 38%-i işgüzar səbəblərdən şəbəkəyə daxil olur, çünki həmkar və rəhbərləri onlar ilə əlaqə qurmalıdılar. Respondentlərin 34%-i isə sadəcə vərdiş olaraq şəbəkəyə daxil olur.

Ödənişsiz Wi-Fi ilə şəbəkəyə qoşulmaq hər zaman təhlükəsiz deyil, çünki məxfi məlumatlar zəif müdafiəyə malik kanal ilə ötürüldüyündən cinayətkarlar tərəfindən ələ keçirilə bilər. “Kaspersky Lab”ın statistikasına əsasən, turistlər arasında Tailand və Fransa kimi xeyli populyar ölkələrdə ictimai şəbəkələrdən istifadə etmək olduqca təhlükədir. Beləki, bu ölkələrdə internetin təhlükə səviyyəsi müvafiq olaraq 43% və 40% təşkil edir.

Buna baxmayaraq, sorğu iştirakçılarının 82%-i səyahət zamanı ödənişsiz Wi-Fi-dan istifadə etməyə üstünlük verir. Həmçinin, respondentlərin 50%-i kamera və ya naviqator kimi qadjetlərdən aktiv şəkildə istifadə edərək unudur ki, cihazlarda xeyli şəxsi məlumatlar saxlanılır.

Nəticədə, səyahətçilərin ehtiyatsızlığı kədərli nəticələrə gətirib çıxarır. Beləki, xaricdə olduqları zaman istifadəçilərin 18%-i kibercinayətkarlardan zərər çəkir, ənənəvi cinayətlərin qurbanlarının sayı isə cəmi 6% təşkil edir.

“Mən xeyli səyahət edirəm: il ərzində 100-dən artıq uçuş edərək müxtəlif ölkələrdə görüş, danışıq və konfranslarda iştirak edirəm. Təbiiki, ictimai Wi-Fi şəbəkələrinə qoşulmalı oluram, lakin belə hallarda mütləq virtual şəxsi şəbəkədən istifadə edirəm (VPN). Bu məxfi məlumatları qorumaq üçün möhtəşəm üsuldur, məhz buna görə VPN-i hər kəsə məsləhət görürəm. Lakin VPN də 100%-lik müdafiə zəmanəti vermir və ona görə keyfiyyətli antivirus proqram təminatını istifadə etmək, bütün quraşdırılmış proqramları vaxtında yeniləmək və xaricdə şəbəkəyə qoşulduğunuz zaman diqqətli olmaq lazımdır”, - deyə “Kaspersky Lab”ın baş direktoru Yevgeni Kasperski məsləhət görür.

* “Səyahətdə internet: təhlükələr və onlardan qorunmağın yolları” adlı tədqiqat xüsusi olaraq “Kaspersky Lab” üçün 2016-cı ildə aparılıb. Sorğuda Rusiya, ABŞ, Avropa, Aziya və Latın Amerikası ölkələrindən 11 850 insan iştirak edib. Press-relizdə qlobal rəqəmlər təqdim olunub.

** Müvafiq məlumatlar “Kaspersky Security Network” bulud infrastrukturu ilə əldə olunub.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !