Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 60 illik yubileyi münasibətilə mükafatlandırılmışdır -

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 60 illik yubileyi münasibətilə mükafatlandırılmışdır

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə Salyanda anadan olmuşdur. O, 1975-1980-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsində təhsil almışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmiş Ə.Lalayev bir müddət Naxçıvan MR-nın Mədəniyyət Nazirliyinində çalışmış, 1988-ci ilədək isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində çalışan gənc, istedadlı aktyor və rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb etmiş, hazırladığı əsərlər səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmişdir. Ə.Lalayev 1986-cı ildə Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi fəxri adına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülmüşdür.

1988-ci ildə Ə.Lalayev Salyanda “Qələbə” qəzetinin redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləmiş, 1993-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini təyin edilmişdir. 1995-2008-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət baş idarəsinin rəisi, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Bu illər ərzində o, respublikada keçirilən dövlət səviyyəli tədbirlərin, elm, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin, milli mədəniyyətimizin təbliği məqsədi ilə xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin təşkilatçısı olmuşdur.

6 may 2008-ci il tarixində Ə.Lalayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur. O, bu gün Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcılıq fəaliyyətinin təşkilində böyük rol oynayır.

1968-ci ildən dövrü mətbuatda çıxış edən Ə.Lalayev sənətşünaslıq üzrə fəlsəfə doktoru, bir sıra məqalə və oçerklərin müəllifidir. O, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.

Ə.Lalayev ömrünün 36 ilini incəsənətə həsr etmişdir. 2016-cı il iyul ayının 4-də Ə.Lalayevin 60 yaşı tamam olur.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi Əliqismət Hümmət oğlu Lalayev milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !