Mirsamir Məmmədov: - "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Leyla xanım Əliyevanın xidmətləri misilsizdir"

Mirsamir Məmmədov: "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Leyla xanım Əliyevanın xidmətləri misilsizdir"

Heydər Əliyev Fondunun vitse-Prezidenti hörmətli Leyla xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir‚ uzun ömür‚ can sağlığı‚ xoşbəxtlik və yüksək ailə səadəti diləyirəm! Hörmətli Leyla xanım Əliyeva hələ gənc yaşlarından Azərbaycançılıq ideyaları uğruna çalışan ölkəmiz üçün əlindən gələni edən nümunəvi bir ictimai xadimdir. Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında və beynəlxalq aləmdə geniş ictimailəşməsində Leyla xanımın xidmətləri misilsizdir. Ölkəmizin diaspor və lobbiçilik fəaliyyətindən tutmuş‚ Heydər Əliyev Fondunun xeyriyyə işlərinə qədər‚ Azərbaycanın bütün dünyada haqq səsinin eşidilməsində və bir çox önəmli sahələrdə və mövzularda müstəsna xidmətləri vardır. Ölkəmizin bir çox önəmli beynəlxalq tədbirlərdə layiqli təmsil edilməsi‚ dünya səviyyəsində Azərbaycana önəm və dəyər verilməsi istiqamətində məqsədyönlü çalışılması‚ dövlətimizin haqqlı mövqeyinin qəbul olunması yönündə atılan addımlar və bir çox məsələlərdə ölkəmizin uğurlara imza atması hörmətli Leyla xanım Əliyevanın praktik elmi və beynəlxalq ictimai- siyasi fəaliyyətlərinin bəhrələrindəndir. Həm Heydər Əliyev Fondu olaraq‚ həm də Rusiya Azərbaycanlı Gənclər Təşkilatı olaraq‚ xanım Əliyevanın həyata keçirtriyi layihələr ölkəmizin tarixində silinməz izlər buraxmaqdadır. Bütün dünyada "Xocalıya Ədalət!" kampaniyasının başladılması və geniş yayılması‚ işğalçı ölkəyə qarşı geniş platformadan aparılan məqsədyünlü və uğurlu kampaniyanın da müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti‚ Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri‚ Baku jurnalının təsisçisi və baş redaktoru hörmətli Leyla xanım Əliyevadır.
Leyla xanıma şərəfli ömür yolunda və ölkəmizin maraqlarının qorunması yönündəki müstəsna fəaliyyətlərində sonsuz uğurlar diləyir‚ daha da yeni-yeni nailiyyətlər əldə etməsini arzu edirəm.
Doğum gününüz mübarək olsun hörmətli Leyla xanım!

 


Mirsamir Məmmədov
Politoloq 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !