Leyla Əliyevanın Dünya yuxutək əriyir… şeirlər kitabı nəşr olunub -

Leyla Əliyevanın “Dünya yuxutək əriyir…” şeirlər kitabı nəşr olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – gənc Azərbaycan şairəsi Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabı işıq üzü görüb.

“Dünya yuxutək əriyir…” kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü “Buludlardan yuxarı” essesi ilə başlayır.

Kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Afaq Məsuddur. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !