COREC proqramı nələri vəd edir? -

COREC proqramı nələri vəd edir?

Asiya İnkişaf Bankının Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertlərinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında ASK-nın vitse prezidenti Vüqar Zeynalovla görüşündə Asiya İnkişaf Bankının Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Görüş zamanı ASK-nın vitse prezidenti Vüqar Zeynalov Konfederasiyanın nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyətini, görülmüş işləri qonaqların diqqətinə çatdırıb. Bildirib ki, Azərbayca Sahibkarlar Konfederasiyasının nəzdində fəaliyyət göstərən 16 komissiyadan biri də “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”dır ki, onun da fəaliyyəti çoxşaxəlidir. Komissiyanın tərkibində ölkəmizdə informasiya kommunikasiya və texnologiyaları sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlər təmsil olunur, onların da əsas məqsədi ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atmaqdır.
Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın haqqında məlumatı olan qonaqlar bu komissiyanın gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaqlarına ümid etdiklərini dilə gətiriblər.
Layihənin koordinatoru Konstantin Naumov bildirib ki, CAREC Proqramı çərçivəsində həyata keçirilən “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi pilot olaraq 3 ölkədə həyata keçiriləcək. Qırğızıstan, Qazaxıstan və Çin daxil olmaqla 2017-ci ildən tətbiqinə başlanacaq.
Qeyd edək ki, ekspertlərin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycanda da müvafiq təşkilatlarla görüşlər keçirmək, layihə haqqında məlumatlandırmaq, əməkdaşlıq etmək üçün yeni tərəfdaşlar tapmaqdır.Həmçinin ticarətin asanlaşdırılması sahəsində mövcud İKT sisteminin tədqiqatı və Asiya İnkişaf Bankı tərəfindən hazırlanmış hesabatda təklif edilən regional tranzit zəmanət mexanizminin tətbiq olunması məqsədilə İKT sahəsində prioritet sahələri müəyyən etmək olub.
Görüşün sonunda müvafiq informasiya kommunikasiya və texnologiyaları şirkətləri ilə əlaqə yaradılacağına dair razılığa gəlinib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !