Azərbaycan Dövlət Pantomima Teatrında "Adagio" (poetik düşüncə) tamaşasının premyerası keçiriləcək -

Azərbaycan Dövlət Pantomima Teatrında "Adagio" (poetik düşüncə) tamaşasının premyerası keçiriləcək

 Azərbaycan Dövlət Pantomima Teatrının kollektivinin 2016-cı il yanvar ayından məşqlərinə başladığı Bəxtiyar Xanızadənin "Adagio" (poetik düşüncə) tamaşasının premyerası 02-03 iyul 2016-cı il tarixində saat 18:00-da tamaşaçılara təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə (Xalq Artisti), Nargilə Qəribova (Əməkdar Artist), quruluşçu rəssam Nargilə Qəribova (Əməkdar Artist), Musiqi tərtibatçısı - Nargilə Qəribova (Əməkdar Artist), plastik Həll üzrə rejissor - Bəxtiyar Xanızadə (Xalq Artisti), rəqslərin quruluşu - Elnur İsmayılovdur.

Tamaşada rollarda Əməkdar Artist Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Leyla Atayeva iştirak edirlər.

Yeni tamaşa iyul ayının 10-16-17-də saat 18:00 da teatrın səhnəsində oynanılacaq.

Azərbaycan Dövlət Pantomima Teatrı 2016-cı ilin 17 iyul saat 18:00-da Bəxtiyar Xanızadənin "Adagio" (poetik düşüncə) yeni tamaşası ilə 23-cü teatr mövsümünü bağlayır.