Kaspersky Lab : - Şifrələyicilərin istifadəçilərə hücumları intensivləşib

“Kaspersky Lab”: Şifrələyicilərin istifadəçilərə hücumları intensivləşib

Fərdi kompüter istifadəçiləri onlara məxsus faylları oxunmaz hala salan və fayllara girişi qaytarmaq üçün pul tələb edən şifrələyici proqramlarla beş dəfəçox qarşılaşırlar. “Kaspersky Lab” şirkətinin ekspertləri iki illik müddətə aid məlumatları müqayisə edərək (2014-cü il aprel – 2015-ci il mart/aprel – 2016-cı il mart) müəyyənləşdiriblər ki, şirkətin təhlükəsizlik həlləri tərəfindən zərərverici proqramların qarşısı alınmış kompüterlərin sayı5,5 dəfəartıb. Bununla yanaşı, digər bir fakt da sözügedəntəhlükələrin artımını vurğulayır: hər hansı növ pul tələsi olan proqramlarla (məs. bloker) qarşılaşan isifadəçilərin ümumi sayında şifrələyici əlavələrlə qarşılaşanların sayı 25 faiz bəndi artaraq 2016-cı ilin mart ayında 31,6% təşkil edib.
Hesabat dövründə fırıldaqla pul əldə edən zərərverici proqram təminatına yoluxmuş kompüter istifadəçilərinin sayı isə 17,7% artaraq 2,3 milyonu üstələyib. Bununla yanaşı, zərərçəkənlər arasında korporativ istifadəçilərin payı 2 dəfəyədək artaraq ümumi göstəricinin 13%-ni təşkil edib.
“Fırıldaqla pul tələb edən və şifrələyici proqramlarla bağlı əsas problem onunla bağlıdır ki, zərərçəkmiş istifadəçilərinöz fayllarına girişi bərpa etmək üçün adətən tələb olunan pulu ödəməkdən başqa çıxış yolu qalmır. Bu isə cinayətkarların pis niyyətlərinə çatmasına və gələcəkdə bu cür halların artmasına şərait yaradır. Bizim təhlil etdiyimiz statistik göstəricilər dediklərimizi bir daha sübut edir. Həm korporativ, həm də fərdi istifadəçilər bu cür təhlükələrdən özlərini daha səmərəli vasitələrlə, məsələn, faylların ehtiyat nüsxələrini yaratmaqla, etibarlı təhlükəsizlik həlləri istifadə etməklə, yoxlanmamış mənbələrdən və şübhəli şəxslərdən məlumat alarkən sayıqlığı itirməməklə qoruya bilərlər. Şifrələyici proqramlar asan pullar gətirdikcə cinayətkarlar bu tipli proqram təminatından istifadə edəcəklər. Odur ki, vəziyyəti dəyişmək istifadəçilərin öz ixtiyarındadır”, - deyə“Kaspersky Lab”ın antivirus üzrəbaş analitiki Fyodor Sinitsin bildirib.
Şifrələyici və ümumilikdə pul tələb edən zərərverici proqramlarla bağlı ətraflı məlumatı və təhdidlərin inkişaf dinamikasını “Kaspersky Lab”ın hesabatında oxuya bilərsiniz:
https://securelist.ru/analysis/obzor/28774/pc-ransomware-in-2014-2016.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !