"Südtoplama və Süd Emalı Müəssisəsinin Quraşdırılması" layihəsinin açılış mərasimi Bərdə rayonunun Qazaxlar kəndində baş tutdu - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

"Südtoplama və Süd Emalı Müəssisəsinin Quraşdırılması" layihəsinin açılış mərasimi Bərdə rayonunun Qazaxlar kəndində baş tutdu FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) saysız-hesabsız layihələrə imza atmaqla Azərbaycanda 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu dövr ərzində AzKİL 1700-dən çox sosial və iqtisadi yönümlü infrastruktur layihələri həyata keçirərək kənd sakinlərinin bu infrastrukturlara çıxışı və istifadəsini yaxşılaşdırmış, eləcə də kənd yerlərində ailələrin iqtisadi imkanlarını genişləndirmişdir.Bu baxımdan, AzKİL-2 tərəfindən həyata keçirilmiş icma əsaslı növbəti gəlir gətirən layihənin açılış mərasimi 23ivun 2016-cı il tarixində Bərdəı rayonunun Qazaxlar icmasında baş tutdu. Açılış mərasiminin baş tutmasında Bərdə rayon İcra Hakimiyyətinin və Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin yaxından köməyi oldu. Geniş şəkildə təşkil olunan tədbirdə müxtəlif kənd təsərüffat malları, kənd məhsulları sərgilənirdi. Həmçinin tədbirdə Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyi və Bərdə Turizm İnformasiya mərkəzi tarixi qədər qədim olan Bərdəmizin keçmiş və bugününü özündə əks etdirən maraqlı sərgi ilə iştirakçıların diqqətini cəlb etdi. Tədbir açılış lentinin kəsilməsi və müəssisənin fəaliyyətə başlaması ilə davam etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !