Mehriban Əliyeva Suraxanıdakı 2 saylı uşaq evi üçün Zirədə inşa edilən Dalğa yay düşərgəsinin açılış mərasimində iştirak edib - FOTO

Mehriban Əliyeva Suraxanıdakı 2 saylı uşaq evi üçün Zirədə inşa edilən “Dalğa” yay düşərgəsinin açılış mərasimində iştirak edib FOTO

İyunun 22-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün inşa edilən “Dalğa” yay düşərgəsinin açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva gözəl dizaynla qurulan düşərgə binasında uşaqların səmərəli və maraqlı istirahəti üçün yaradılan şəraitlə tanış olub.

2015-ci ilin yanvarında başlanılan tikinti işləri bu ilin may ayında yekunlaşıb. Suraxanı rayonundakı 2 saylı uşaq evinin 3 yaşdan 18 yaşadək sakinləri bu gündən burada istirahət edəcəklər. Düşərgənin əsas məqsədi isə uşaqların yay istirahətini səmərəli keçirmələrini təmin etməkdir. 120 nəfər üçün nəzərdə tutulan bu düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil ediləcək. Düşərgədə balacalar və yeniyetmələr musiqi ilə məşğul olmaq, müasir kompyuterlər vasitəsilə informasiya-kommunikasiya texnologiyalarına yiyələnmək imkanı qazanacaqlar, rəsm sahəsində istedadlarını inkişaf etdirəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Müəssisənin geniş yeməkxanası balacaların və yeniyetmələrin vaxtında və düzgün qidalanmalarını təşkil etməyə şərait yaradır. Burada, həmçinin oyun zalı, emalatxana, dərs, istirahət otaqları da var. İkinci və üçüncü mərtəbə isə yataq korpusu üçün ayrılıb.

Ümumi sahəsi 21 min kvadratmetrdən çox olan düşərgədə idman meydançaları var.

Uşaq istirahət müəssisəsinin həyətini müxtəlif ağac və dekorativ kollar bəzəyir, burada uşaqların əylənmələri və istirahəti üçün maraqlı guşələr yaradılıb.

Leyla Əliyeva burada 2 saylı uşaq evinin balaca sakinləri ilə görüşüb, yay istirahət düşərgəsinin artıq hazır olması münasibətilə onları təbrik edib, maraqlı və xoş istirahət arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !