26 iyun-narkomaniyaya qarşı beynəlxalq mübarizə günü münasibəti ilə dəyirmi masa keçirilmişdir. - FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

“26 iyun-narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” münasibəti ilə dəyirmi masa keçirilmişdir. FOTO (AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

21 iyun 2016-cı il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə S.Vurğun adına Mərkəzi kitabxanada yeniyetmə və gənclərin iştirakı ilə “26 iyun-narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” münasibəti ilə dəyirmi masa keçirilmişdir.Tədbirə Mədəniyyət və Turizm Şöbəsindən, Rayon Polis Şöbəsindən, Rayon Təhsil Şöbəsindən, Rayon Mərkəzi Xəstəxanasından nümayəndələr, məktəblərin psixoloqları və Uşaq Birliklərinin rəhbərləri, Dövlət İdarəetmə və Texnoloğiya kollecinin tələbələri,din xadimləri və fəal gənclər dəvət olunmuşlar.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov açaraq narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən, narkomaniya ilə mübarizənin ölkə rəhbərliyinin daima diqqət mərkəzində olduğunu, bununla bağlı Dövlət Proqramlarının təsdiq edilərək həyata keçirildiyini, yeniyetmə və gənclərlə keçirilən maarifləndirici görüşlərin Dövlət Proqramından irəli gələn vəzifələrdən biri olduğundan, Gənclər və İdman İdarəsinin əlaqədar təşkilatlarla birgə bu sahədə gördüyü işlərdən və keçirilən tədbirlərdən danışaraq qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.
Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxış edərək cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genefondu olan gəncliyinə ağır zərbə vuran narkomaniya ilə mübarizə tədbirlərindən, bu məsələnin Azərbaycan Dövlətinin ümumi siyasətinin əsas tərkib hissəsinə çevrilməsindən, ölkəmizin Beynəlxalq sazişlərə qoşulmasından,qanunsuz dövriyyədə olan narkotiklərin aşkar edilməsindən, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və belə hallara qarşı ölkəmizdə, eləcədə rayonumuzda aparılan profilaltiki tədbirlərdən danışdı.
Bərdə Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkilləri polis kapitanı Nofəl Rzayev və polis leytenantı Pərvin Səfərli narkomaniyanın ailələrə,eləcə də,cəmiyyətə vurduğu ziyandan,rayonda narkomaniya ilə mübarizə sahəsində polis şöbəsinin gördüyü işlərdən danışdılar.
Rayon Təhsil Şöbəsinin metodisti Sədiqə Vəliyeva, şəhər poliklinikasının narkoloji kobinetinin həkimi Gündüz Xudaverdiyev, Cümə məscidinin axundu Hacı Ramazan, 2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova, akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb liseyin direktorunun təşkilati işlər üzrə müavini Tamella Əliyeva, psixoloqu Mehriban Namazova, kitabxananın direktoru Almaz Zülfüqarova və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bərdə rayonu üzrə məsləhətçisi Fuad Şirinov çıxış edərək bu ümumbəşəri bəlanın dinimizə, mənəviyyatımıza zidd olduğundan, gələcək genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışdılar.
Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov yekun vuraraq qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin gələcəyi olan gənclərimizin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli,yüksək intellektual səviyyəli, əsl vətənpərvər kimi yetişməsi üçün ölkənin hər bir vətəndaşı, ziyalısı fəallıq göstərməlidir, ciddi problemə çevrilmiş narkomaniyanın qarşısının alınması üçün hər kəs öz qüvvə və bacarığını əsirgəməməlidir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !