Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Beynəlxalq Kulinariya Çempionatında iştirak edib - FOTO (AZpress.AZ - İlqam Cəbiyev )

Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Beynəlxalq Kulinariya Çempionatında iştirak edib FOTO (AZpress.AZ - İlqam Cəbiyev )

01- 03.06.2016 - cı il tarixdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Ukraynanın Çernovçı şəhərində keçirilən“BESTCookFESTJunior-2016”Beynəlxalq Kulinariya Çempionatında iştirak edib.
Tədbirdə6 ölkə (Azərbaycan,Polşa, Türkiyə, İsrail, Serbiya, Ukrayna) iştirak etdi.
Çempionatda Azərbaycanı Milli Kulinariya Assosiasiyasının üzvləri Nicat Babayev,Elməddin Mürsəliyev vəAzərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu,komandanın kapitanıAzadə Musabəyli iştirak edirdi.Komandamızdan Babayev Nicat quzu ətindən ana yemək sinfindən gümüş, modern mətbəx sinfindən bürünc, “İlin gənc aşpazı” sinfindən bürünc medal, Mürsəliyev Elməddin quzu ətindən ana yemək sinfindən gümüş, “İlin gənc aşpazı”dan bürünc, Musabəyli Azadə isə toyuq ətindən ana yemək sinfindən bürünc medal qazandı. Qara qutu komanda sinfindən komandamız (Mürsəliyev Elməddin, Babayev Nicat, Musabəyli Azadə) qızıl medal qazanaraq 1-ci yer tutdu.Ümumilikdə komandamız 7 fərdi və 1 komanda sinfinfən 2 gümüş,4 bürünc medal və qızıl medal qazandı. Beləliklə 8 sinfin 7-sində komandamız yüksək nəticə göstərdi.
Bu yarışa biz Azərbaycandan özümüzlə “Azersun Holding” şirkətinin istehsalı olan “Super Sun” yağlarını aparmışıq. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi.
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası keyfiyyətli məhsullarına görə “Azersun Holding” şirkətinə, öz minnətdarlığını bildirir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !