Ədəbiyyatımıza bir töhfədir Zərəngiz Qayalı! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Ədəbiyyatımıza bir töhfədir Zərəngiz Qayalı! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Zərəngiz Qayalı 1962-ci il yanvarın 20-si Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşdur.
O, 1992-ci ildə Bakı Dövlət Universitetinin Filalogiya fakültəsini bitirmişdir. İlk şeiri “Kəndimizin səhəri” 1979-cu ildə” Qalibiyyət bayrağı “ qəzetində dərc olunub.
İlk kitabi “ Haqqı sevdim” 2001-ci ildə “Nurlan” nəşriyyatında dərc olunub.
Ədəbiyyatımıza verdiyi töhfələrə görə , bədii yaradıcılığa görə 2006-cı ildə “ İlin Qadın Şairi” adına layiq görülmüşdür. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə 2009-2010-cu illər müddətində Prezident mükafatına layiq görülüb. Bundan başqa bir çox media mükafatlarına layiq görülən Zərəngiz Qayalının ədəbiyyatımızın inkişafına verdiyi zəhmət danılmazdır. Onun yaratdığı hər bir əsərində Vətən sevgisi, millətinə məhəbbət görmək olar. Dövrümüzdə bildiyimiz kimi bir çox şairlər var ki, bəzən şeirlərini oxuduqca görürük ki, ancaq söz yığınından ibarətdir. Zərəngiz xanım isə belə şairlərdən deyil. Hər misrası, hər cümləsində bir sehr , bir inam, bir qəhrəman igidin dastanı var sanki.
Şairlik də rəssamlıq kimidir , ya istedadın var ya yoxdur. Bu bir Allah vergisidir.


Dünya anaları səs verin mənə!
Analar günündə balalar ölməz!
Bəşərin ən böyük cinayəti bu,
Bir qatil bir ana haqqını bilməz?!
Analar günündə balalar ölməz!


Diqqətimi çəkən bu misralar sanki ruhumu yerindən qoparıb yerə çırpdı. Şeirin ağırlığı sanki insanın gözü önündə canlandırdı Şəhid anaların fəryadını. Bu misralar gözəl şairəmiz Zərəngiz Qayalının şeirlərindəndir. Qeyd etmək istəyirəm ki, şairə xanımın bütün şeirləri Vətən yanğısı, şəhidlərə verilən dəyərdən ibarətdir.
AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki , 14 iyun 2016-cı ildə dahi şairimiz Səməd Vurğunun ev muzeyində Zərəngiz Qayalının yeni kitabı “ Oğul “ un təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə bir çox ziyalı və media nümayəndələridə iştirak edirdi. Zərəngiz Qayalının şeİrləri səsləndirilmiş və musiqi nömrələri təqdim olunmuşdur. Tədbir iştirakçıları hər biri Zərəngiz xanım haqqında xoş sözlərlə onu təbrik etmiş və şeirlərinin davamlı olmasını arzu etmişlər. Qeyd edək ki, bu Zərəngiz Qayalının ilk kitabı deyil.


AZpress.AZ Minə Türksoy.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !