Azərbaycanda Sərhədsiz İncəsənət adlı 2-ci Beynəlxalq Rəssamların Sərgisi ! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Azərbaycanda “Sərhədsiz İncəsənət” adlı 2-ci Beynəlxalq Rəssamların Sərgisi ! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Belə insanlar həyata tək tək gəlir. Onlar istər daxili aləmi, istər davranışı, istərsə də yaratdığı gözəlliklərlə hər kəsi valeh etmək qabiliyyətinə malikdirlər. Belə insanlardandır Arif Əziz . Hər zaman yaratdığı gözəlliklərlə insanın ruhunu oxşayıb, hər zaman gənclərə dəstək olan bir şəxsiyyətdir. Onun yaratdığı ən kiçik bir hissə də, ən yüksək zövqdən , yüksək mədəniyyətdən xəbər verir.
AZpress.AZxəbər saytının verdiyi xəbərə əsasən bildiririk ki, 11 iyun 2016-cı ildə” Yeni Era” Dünya Rəssamlar Akademiyasının Bakı təmsilçiliyinin “Sənət Evi” ndə “ Sərhədsiz İncəsənət “ adlı 2-ci Beynəlxalq sərgi keçirilmişdir. Sərginin açılışını edən Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü , İncəsənət xadimi, professor Arif Əziz ilk öncə onun Sənət evinə gələn bütün qonaqları salamlamış, onlara xoş istirahət arzu etmişdir.Qeyd edək ki, sərginin açılışına bir çox tanınmış insanlar, dövlət məmurları və sənətimizi bir çox ölkələrdə təmsil edən mədəniyyət işçiləri də təşrif buyurmuşdular.
AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki,  bu akademiyanın” Sənət evi” tərəfindən təşkil olunan birinci sərgi deyil. Sərgidə iştirak edən rəssamlar əsərlərini sərhəddən kənarda da Rusiya, Türkiyə , Bolqarıstan, Gürcüstan , Sinqapur və sairə kimi dövlətlərdə yüksək səviyyədə təqdim etmişlər. Hər zaman gənclərə dəstək olan sənətkarımız Arif Əziz hər zaman gənclərə dəstək olmuş, onlara öz köməyini əsirgəməmişdir. Sərgidə təqdim olunan tanınmış rəssamlar Arif Əziz , Sakit Məmmədov kimi rəssamların əsərləri ilə yanaşı gənc rəssamlar Ayan Əziz Məmmədova , Aylel Heydərova, Nizar Məmmədov, Aysel Əzizova, Cəsar Məmmədov , Aqşin Kazımov , Diləfruz Bağırova ,Nigar Bağırova, Nihad Ağazadə ,Ramiz İskəndərli, Aynur Məmmədova, Əfsanə Həbib və qonaq rəssamlar :
Türkiyədən Rafiq Əzizov, Emil Əziz, Gürsel Cataltəpə, Ummuhan Ersayqılı, Anatoliy Silov, Yuriy Nikiforov,
Bolqarıstandan Hristo Panev,İvaniçka Panev, Petya Paneva, Qabriyel Panev
Gürcüstandan Rizvan İsmayıl
SinqapurdanTatyana Əliyeva kimi rəssamların da əsərləri sənətsevərlərə təqdim olunmuşdur.
AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, Sənət Evində belə sərgilər mütamadi olaraq İncəsənət xadimi , professor, Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü Arif Əziz tərəfindən təşkil olunacaq.

 


AZpress.AZ , Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !