Azərbaycan Dillər Universitetinin müəllimi Çində - FOTO

Azərbaycan Dillər Universitetinin müəllimi Çində FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillər kafedrasının müəllimi Könül Abbasova Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin göstərişi ilə Xarici dillərin tədrisi və tədqiqi üzrə ədəbiyyat nəşriyyatının nəzdində fəaliyyət göstərən Xarici dillərin hazırlığı mərkəzi tərəfindən Pekində təşkil olunan Çin dilinin şifahi tərcüməsi üzrə ixtisasartırma kurslarında iştirak edib.
K.Abbasova kurslarda iştirak edən zaman “Azərbaycan Böyük İpək Yolunun mirvarisi” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanın müasir həyatı, Azərbaycan-Çin arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin uğurlu inkişafı və Azərbaycanda Çinşünaslıq milli məktəbinin yaradılmasında ADU-nun fəaliyyəti barədə danışıb. Seminar zamanı Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə ADU-nun Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Çin dilində hazırlanan Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2013 illər)” kitabının təqdimatı keçirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !