Səmədağa Cəfərovun özünə məxsus rəngli dünyası! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Səmədağa Cəfərovun özünə məxsus rəngli dünyası! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Səmədağa İbrahim oğlu Cəfərov 1946-cı il aprelin 27-də Bakı şəhərində Mərdəkan qəsəbəsində anadan olmuşdur. Hələ uşaq ikən rəsm çəkməyə başlamış və bu həvəs onu 1964-cü ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə gətirib çıxarmışdır. 1971-ci ildə bu məktəbdən məzun olmuşdur. 1973-1978-ci illərdə Rusiyanın Leninqrad şəhərində V.İ. Muxina adına Ali Rəssamlıq Məktəbində keramika və şüşə rəssamı kimi təhsil almışdır.
2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət” kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir.
AZpress.AZ saytının xəbərinə əsasən bildiririk ki, Səmədağa Cəfərovun 70 illik yubiley yaradıcılıq sərgisinin açılışı 7 iyun 2016-cı il tarixində saat 18:00-da Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda keçirilmişdir. Öz dünyasının rənglərini sənətsevərlərə çatdıran rəssam həqiqətən də hər kəsi heyran edə bilib. Tədbirə gələn qonaqlar arasında Səmədağa Cəfərovun həm tələbələri, həm həmkarları, həm də onu sevən insanlar idilər. Göründüyü qədər sadə, lakin bir o qədər də zadəgan rəssamlar gəlmişdilər onu təbrik etməyə. Qonaqları təqdim etmək isə uşaqlığından bu günə kimi bir-birinə hörmətlə yanaşan həm də həmkar olan Dünya Rəssamlıq Akademiyasının Azərbaycan təmsilçiliyinin rəhbəri, professor , gözəl insan, hər kəsin sevimli müəllimi Arif Əzizin öhdəsinə düşmüşdü. İlk öncə gələn qonaqları salamlayan Arif Əziz rəssamla olan uşaqlıq xatirələrini yada saldı.Tədbirdə bir çox mötəbər insanlar iştirak edirdi. Rəssam Sakit Məmmədov,müğənni Mənsum İbrahimov və başqaları iştirak etmişlər. Rəssama dostları tərəfindən hədiyyələr təqdim olunarkən diqqətimizi çəkən ən maraqlı hədiyyə Arif Əzizin Dünya Rəssamlıq Akademiyasnın Azərbaycan təmsilçisi kimi etdiyi palitra idi ki, bu da böyük marağa səbəb oldu. İdeya müəllifi Arif Əziz olan bu palitranın gələcəkdə rəssamlara “Qızıl Palitra “ nominasiyası kimi təqdim olunacağını da qeyt etdi. Hər halda hələ rəssamları düşünərək belə maraqlı nominasiya edən olmamışdır. Bu da Arif Əzizin həm rəssamlığa və rəssamlara olan sevgisindən, həmcdə peşəkarlığından xəbər verirdi.
Onu da qeyd edək ki, Səmədağa Cəfərov Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü və ilk belə hədiyyə alan rəssamdır.


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !