''Formula-1'' yarışlarının keçirilməsində maraqlı olan jurnalistlər təlimatlandırıldılar! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

''Formula-1'' yarışlarının keçirilməsində maraqlı olan jurnalistlər təlimatlandırıldılar! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildirik ki, 6 iyun 2016-cı il tarixində Hilton otelinin Sevda zalında Bakı Şəhər Halqasının təşkil etdiyi media seminarı keçirilmişdir. Tədbirə yalnız sənədləri Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən akkreditasiya üçün nəzərdən keçirilmiş media nümayəndələri və fotoqraflar dəvət almışdılar. Seminarın keçirilməsində əsas məqsəd ‘’Formula-1’’ yarışları zamanı iştirak edəcək media nümayəndələrinin təlimatlandırılması və işləyəcəkləri məkanlarda nə etməli olduqları haqqında məlumatların verilməsi idi. Təşkilatçılar tərəfindən akkreditasiyanın istifadə qaydaları, həmçinin media nümayəndələrinin Bakı Şəhər Halqasındakı digər fəaliyyətləri ilə bağlı ən son məlumatlar verildi . Bundan əlavə, Media Mərkəzinin iş qrafiki və ərazisi ilə media nümayəndələri tanış edilmişdir. Bəzi saytların akreditasiya məsələlərinə toxunan təşkilatçılar bütün sualları cavablandıraraq qaranlıq məqamlara aydınlıq gətirmişlər.
Hilton otelinin Sevda zalında Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakı Şəhər Halqasının Avropa Qran Prisinə hazırlığı ilə bağlı mətbuata açıqlama vermişdir. Qeyd edək ki, bu görüş Çarli Vaytinqin yarışdan əvvəl trekin hazırlığı ilə əlaqədar keçirdiyi sonuncu baxış idi. Formula yarışları zamanı hər bir jurnalistdən təşkilatçılara yalnız dəstək olmalarını və təhlükəsizliklərini ən maksimal dərəcədə qorumaqlarını xahiş etmişdilər. Ölkəmizdə keçiriləcək ‘’Formula-1’’ yarışlarının uğurla keçəcəyini və xalqımızın dünya səviyyəsində tədbirlərin keçirilməsində layiqli ev sahibliyi edəcəyinə əminik.

 


AZpress.AZ . Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !