Azərbaycan musiqinin beşiyi, istedadlar məskənidir! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Azərbaycan musiqinin beşiyi, istedadlar məskənidir! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Bu dünyada yeganə dil incəsənət dilidir ki, tərcüməyə, tərcüməçiyə ehtiyac olmur. Hər bir incəsənət növləri ,janrları kimi musiqinin də öz dili, öz ruhu ,öz sözü var. Kimsəyə tərcümə olunmadan anladılan dildir musiqi. İstər müsəlman , istər xiristian , yəhudi, istərsə də buddist ol, dünyanın harasından gəlmiş olursan gəl musiqini başa düşəcəksən . Bəlkə də sözlərini anlamayacaqsan , lakin ruhunu oxşayacaq, səni başqa bir aləmə aparacaq. Azərbaycan musiqi beşiyi, istedadlar ocağıdır desək yanılmarıq. Bəlkə də dünyanın ən istedadlı xalqıyıq. Hər daşında , hər damlasında ecazkar bir musiqi var. Qobustan qayalıqlarının möhtəşəmliyindən məlum olur ki, bir xalq kimi bizdə musiqi hələ eramızdan əvvəl yaranmışdır. Məhz musiqimizin gözəlliyidir ki, mənfur qonşularımız da hər zaman bizdən oğurluq edərək musiqilərimizi özününküləşdirməyə cəhd göstərmişlər. Lakin savadlı ziyalı müəllimlərin əməyi sayəsində övladlarımıza musiqilərimiz elə möhkəm aşılanır ki, heç bir xalq bizim musiqini özününküləşdirə bilməz. Çünki, orada Üzeyir Hacıbəyli , Qara Qarayev, Cahangir Cahangirov , Fikrət Əmirov və sairə kimi bəstəkarların ruhu var.
AZpress.AZ saytının məlumatına əsasən bildiririk ki, 3 iyun 2016 –cı il tarixində Kövkəb Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinin kollektivi 28 May Respublika gününə və 1 iyun Uşaqların müdafiəsi gününə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Təməli 1960- cı ildə qoyulan məktəbə Fikrət Budaqov rəhbərlik edir. Rəhbər vəzifəyə yeni təyin olunmasına baxmayaraq istər müəllim , istərsə də şagirdlərə olduqca səmimi yanaşır, musiqimizin və gənclərimizin inkişafına yaxından dəstək olur. Konsertə bir çox mötəbər qonaqlar təşrif buyurmuşdular . Onlardan Mədəniyyət və Turizm Nazirliyinin təhsil, mədəniyyət və gənclərlə iş birliyi şöbəsinin müdiri Yaşar Əliyev , Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəis müavini Nazim Əliyev, musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva və bir çox məktəb direktorları və başqaları qonaq qismində iştirak edirdilər. Konsert məktəbin “ İncilər”vokal ansamblının ifası ilə açılış edərək Azərbaycanın xalq mahnısı Sarı Gəlini ifa etmişlər və bir daha bu mahnının məhz bizə aid olduğunu göstərmişlər. Nəzərinizə çatdıraq ki, şagirdlər 7 -16 yaş olmalarına baxmayaraq səhnədə əsl peşəkar musiqiçilər kimi öz bacarıqlarını nümayiş etdirmişlər. Fortopianoda solo ifaları ilə Kazımzadə Nihat ( müəllim-Həmzəyeva Xədicə), Timanov Artemiy ( müəllim- Dadaşova Südabə), Mirzəyeva Sara(müəllim- Davudova Səfiyyə), Naqorniy Emil(müəllim-Babayeva Naibə), fleytada Əliyeva Səyyarə, kamançada Əlizadə Dilrubə( müəllim-İbrahimova Dilarə), tarda Nəsrullayev Əli( müəllim- Həsənzadə Rəşad) , vokal Hüseynova Sevgin(müəllim- Məmmədzadə İlahə) öz musiqi töhfələri ilə tamaşaçılara mənəvi istirahət bəxş etdilər.
Konsertdə bir çox yerli və əcnəbi bəstəkarların əsərləri ilə yanaşı xalq mahnılarımız da ifa olunmuşdur. Onu da nəzərinizə çatdırırıq ki, ifa olunan musiqilər yalnız şagirdlər yox , onlara musiqinin sirlərini öyrədən , hər zaman onlara dəstək olan müəllimlər tərəfindəndə ifa olunmuşdur.
Mosart, Raxmaninov, Şostakoviç, Brams kimi bəstəkarlarla yanaşı , hər zaman sevərək dinlədiyimiz, ruhumuzu oxşayan ilk notundan qəlbimizi oxşayan Tofiq Quliyev, Süleyman Ələsgərov kimi bəstəkarlarımızın da əsərləri tamaşaçılarımıza təqdim olunmuşdur.
Bir məqamı da qeyd etmək istəyirik ki, məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlunun tarda ifası və onu fortopianoda məktəbin 4-cü sinif şagirdi Nihat Kazımzadənin müşaiyəti həqiqətən təqdirə və alqışa layiqdir.
Bundan sonra fortopiano ansamblının çıxışlarıdarı da yüksək peşəkarlıqdan xəbər verirdi. Şıxəliyeva Əminə( müəllim –Manaflı Nigar), Məmmədova Səbinə( müəllim-Mirzəyeva İradə) gitarada solo 5-ci sinif şagirdi Musayev Elmar xalq mahnısı Faytonçu, skripka ansamblının da (bədii rəhbər –Məhərrəmova Gülşən, konsertmeystr Nəzərova Zəhra) maraqlı çıxışı hər kəsi heyran etdi.
Sonda məktəbin möhtəşəm xor kollektivi gözəl ifaları ilə konsert proqramına sanki öz möhürünü vurdu ( bədii rəhbər- Cəlilova İradə).
Azərbaycan – Alman Mədəniyyət Birliyi “ Kapelhaus” da əvəzolunmaz bir konsert proqramı gerçəkləşdi. Bütün istedadlı gənclərə uğurlar arzu edirik.

 


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !