Şərqi Avropa ölkələrindən olan nümayəndə heyəti Binəqədi rayonunda səfərdə oldular - FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Şərqi Avropa ölkələrindən olan nümayəndə heyəti Binəqədi rayonunda səfərdə oldular FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Avropa İttifaqı “HOME-Mənzil Sektorunda islahatlara doğru Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynada Mənzil Mülkiyyətçilərinin potensialının artırılması” layihəsi çərçivəsində “Şərqi Avropada Mənzil Təsərrüfatı” təşəbbüskarları Qeyri-Hökümət Təşkilatının təşkilatçılığı ilə Şərqi Avropa ölkələrindən olan 30-dan çox şəxsin iştirak etdiyi nümayəndə heyəti Binəqədi rayonunda səfərdə oldular.
Səfər çərçivəsində nümayəndə heyəti Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 19, 20 və 21 saylı binaların həyətində yerləşən, Binəqədi bələdiyyəsinin nəzdində fəaliyyət göstərən Mənzil İdarəçiliyi Resurs İnformasiya Mərkəzində oldular və Mərkəzdə görülən işlər barəsində qonaqlara ətraflı məlumat verildi. Mərkəzin fəaliyyət istiqamətləri, əhali ilə apardığı görüşlər və nəticələri haqqında qonaqları maraqlandıran suallar cavablandırıldı.
Sonra nümayəndə heyəti Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 91 saylı ünvanda yerləşən “Binəqədi 1” MMMC–də olaraq görülən işlərlə və gələcək planlar ilə maraqlandılar.
Daha sonra qonaqlar tanışlıq məqsədilə Heydər Əliyev adına istirahət parkını gəzdi, parkda yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ilə tanış oldu, xatirə şəkli çəkdirdilər.
Sonda nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil olundu. Səmimi keçən görüşdən razı qalan qonaqlar onlara göstərilən diqqət və qayğıya görə Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi bələdiyyəsinə təşəkkürlərini bildirdilər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !