5 iyun- Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibəti ilə Ağdam rayonunda tədbir keçirilib. - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

5 iyun- “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə Ağdam rayonunda tədbir keçirilib. FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

5 iyun- “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə Ağdam rayonunda tədbir keçirilib.

Ağdam rayon mexaniki suvarma idarəsinin kollektivi Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Ağdam Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə və rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycanda meliorasiya və irriqasiyanın inkişafına ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə çoxsaylı hidroqovşaqlar, nasos stansiyaları, meliorasiya və irriqasiya sistemləri tikilərək istifadəyə verilib.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Məlumat verilib ki, cəbhə bölgəsində yerləşən rayonda 35 min 300 hektar əkin sahəsində suvarma aparılır. Bu işlər 814 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr uzunluğu olan suvarma kanalları vasitəsilə həyata keçirilir. Son 5 ildə 81 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu il daha 18 subartezian quyusunun qazılmasına başlanılıb.

Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim edilib.​​​​​​ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !