Fitnə filmi Ağdam Dövlət Sosial-İqtisadi Kollecində nümayiş etdirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

“Fitnə” filmi Ağdam Dövlət Sosial-İqtisadi Kollecində nümayiş etdirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

İyun ayının 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” filmi Ağdam Dövlət Sosial-İqtisadi Kollecində nümayiş etdirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və şöbənin əməkdaşları, Ağdam rayonu Gənclər və İdman idarəsinin rəisi Elnur Əhmədov, Ağdam rayon Xındırıstan kənd məscidinin axundu Barat Bağırov, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, kollecin müəllim və tələbə heyəti, rayon dindarları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev çıxışında dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə önəmli rola malik olduğunu xüsusilə vurğulayıb.
Filmin nümayişi başa çatdıqdan sonra Ağdam rayonu Gənclər və İdman idarəsinin rəisi Elnur Əhmədov və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov çıxışışlarında filmin əhəmiyyətindən bəhs edərək bu filmin hazırlanmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !