III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri mükafatlandırılıblar - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri mükafatlandırılıblar FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.Az xəbər və informasiya agentliyinin məlumatına istinadən bildiririk ki, 1-4 iyun 2016-cı il tarixlərində 3-cü Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcəkdir. Mədəni qeyri –kommersiya xarakterli tədbir Nizami Kino Mərkəzində möhtəşəm açılışla filmlərin nümayişinə start verdi.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan , daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək , ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün onlara dəstək göstərir.
Festival eyni zamanda Azərbaycanın turizm potensialına diqqət cəlb etməkdir.Qeyd edək ki, bu ilki festivala filmlərin qəbulu 1 dekabr 2015ci tarixindən 15 aprel 2016-cı il tarixinə qədər keçirilmişdir. Festivala ümumilikdə 71 ölkədən 420 film qəbul edilib .Göndərilən filmlərdən 28 ölkədən 78 film seçim komissiyasından keçərək müsabiqə proqramına buraxılıb. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışıblar.


.Ölkə, region , şəhər.
.Mədəniyyət və ənənə
.Reklam filmləri.
.Ekoloji turizm və digər turizm növləri
.Tv məhsullar (filmlər və videoçarxlar)

 

Filmləri kino və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinin 4 üzvü Azərbaycandan (Azər Qərib , Ayaz Salayev , Yusif Şeyxov, Rauf Paşayev ) , 1 üzvü Macarıstandan ( Edrien Florian ), 1 üzvü isə Rusiyadandır ( İnna Dmemjko) . Münsiflər heyətinin sədri Azər Qəribdir. Qeyd edək ki, hər kateqoriya üzrə 3 film müəyyən edilərək mükafatlandırılıb. Onu da qeyd edək ki , hər zaman uğurlu layihə və tədbirlərə yaxından kömək olan Mədəniyyət və Turizm Nazirliyi bu dəfə də öz dəstəyini festival təşkilatçılarından əsirgəmədi.
Beynəlxalq münsiflər filmləri müəyyən edərək mükafatlandırdılar.
1-ci yerə Qızıl mükafat – diplom və mükafat
2-ci yerə Gümüş Mükafat – diplom və mükafat
3-cü yerə Bürünc mükafat – diplom və mükafatlar təqdim olundu.
Mükafatlandırma zamanı şəxsən cənab nazir Əbülfəs Qarayev də iştirak etmişdir. Bir çox tanınmışların iştirak etdiyi festivalın bağlanış mərasiminin sonunda xatirə şəkilləri çəkilmişdir.
AZpress.AZ Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !