1-сi Beynəlxalq Türk Dünyasının Ortaq Dili Naxışlar simpoziumu ! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

“1-сi Beynəlxalq Türk Dünyasının Ortaq Dili Naxışlar simpoziumu”! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir qoludur. 2010 - cu ilin noyabr ayında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır. Təəssüf ki, dünya muzeylərində çox zaman Qafqaz, İran , bəzi vaxtlar hətta, erməni xalçaları adı ilə nümayiş etdirilir.
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat vermiş, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami və Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunmuşdur.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:
1.Quba xalçaçılıq məktəbi 2. Abşeron xalçaçılıq məktəbi 3. Şirvan xalçaçılıq məktəbi 4. Gəncə xalçaçılıq məktəbi 5. Qazax xalçaçılıq məktəbi 6. Qarabağ xalçaçılıq məktəbi 7. Təbriz xalçaçılıq məktəbi 8. Naxçıvan xalçaçılıq məktəbi .Araşdırmamızdan da görünür ki, Azərbaycan Xalçaçılıq məktəbi əvəzolunmaz və rəqabət aparılmayacaq qədər güclü və zəngin bir keçmişi özündə cəmləşdirir.

AZpress.AZ xəbər saytının verdiyi xəbərə əsasən bildiririk ki, 2 iyun 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində 1-ci Beynəlxalq Türk Dünyasının Ortaq dili Naxışlar Simpoziumu keçirilmişdir. Simpoziumun məqsədi Azərbaycan ,Qırğızıstan , Qazaxstan və Türkiyə arasında xalçaçılıq sənətinin birgə inkişaf etdirilməsi və bu dövlətlərin irsinin bir-biri ilə olan əlaqələri zamanı inkişaf etdirilməsi idi. Tədbirə bir çox tanınmış insalar toplaşmışdılar. İlk öncə Azərbaycan Xalça Muzeyini tanıtımı və gəzintisi baş tutdu. Gələn qonaqlar Azərbayacan Xalçaçılıq Məktəbinin nümunələri ilə tanış olduqdan sonra simpozium açıq elan edildi. Çıxış edənlər arasında deputat, professor Nizami Cəfərov ,Qazaxıstan Səfirliyinin Azərbaycandakı nümayəndəsi, Qırğızıstan Səfirliyinin Azərbaycan Nümayəndəsi, Şimali Kipr Türk Respublikasının Bakı Nümayəndəliyi , Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva , Yunus Emre İnstitutu müdiri İbrahim Yıldırım öz çıxışlarında dövlətlər arasında qurulan bu dostluğun həm xalqımıza həm də irsimizin tanınmasında böyük dəstək olacağını söyləmişdir. Çıxış üçün Kürsüyə Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun dəvət olunmuşdu.
Cənab səfir bunları söyləmişdir: “Məni kürsüyə dəvət etdiyiniz üçün ilk öncə təşəkkürümü bildirirəm. Burada iştirak edən bütün dəyərli qonaqlarımızı, səfirlərimizi, Günay Əfəndiyeva dostumuzu və bütün ziyalılarımızı hörmətlə salamlayıram , xoş gəldiniz. Günlük yaşantımızda istifadə etdiyimiz, amma üzərində daha çox fikir vermədiyimiz əşyalar var ki, onlardan biri də xalçadır. Həqiqətən çox özəl bir əşyadır.Müasir dövrün inkişafında olmasına baxmayaraq xalçalara hər zaman ehtiyac duyulmuşdur. Ancaq insanın ağlına bir məqam gəlmir ki, xalça irsimizin ən dəyərli əşyalarındandır ki, bu gün çox dəyərli olduğunu bir daha mənə hiss etdirdi.Xalça həm üzərində çəkilən əməklə , həm də keçmiş irsi qoruyub özündə saxladığı üçün çox dəyərli bir əşyadır.O, yalnız bəzək əşyası kimi deyil, həm də evləri isitmək, komfortlu bir şərait yaratmağa kömək olmuşdur. Əlbəttə, onun əməklə birgə çox dərin irsi özündə qoruyub saxlamış mədəniyyət töhvəsidir desəm yanılmaram. Bu anda burada xalçanı görə bilməsək də arxada xalçanı toxumaqda olan iki xanım var ki, onları xüsusilə hörmətlə salamlamaq istəyirəm. Əvəzolunmaz bir əməyin xüsusilə də türk dünyasında 100 illərə, 1000 illərə dayanan bir irsin incəliklərini bizə sərgiləyirlər. Onların bu əməyi qarşısında baş əymək lazım olduğunu düşünürəm. Mən Xalça Muzeyinə xüsusilə salamlarımı çatdırıram. Azərbaycan Mədəniyyət və Turizim Nazirimizin qismində hər kəsə hörmətlərimiz çatdırıram. Yunus Emre İnstitutunu da bir daha təbrik edirəm . Dünyanin bir çox yerində sadəcə Türkiyənin deyil bütün türk dünyasında olan gözəllikləri bütün dünyaya çatdırmaqla məşğuldurlar. Qısa müdəttdə Bakıda olmalarına baxmayaraq, hər dəfə yeni bir ayrı layihələrə öz işləri ilə imza atmışlar. İndi orada xalça toxunur. İnşallah hamılıqla birlikdə o xalçanın toxunub bitdiyini görək . Bu simpoziumlar davamlı olsun. Türk dünyasının ortaq dəyərlərini bu simpoziumlarda hər kəsə çatdıraq".


Bundan sonra dəyərli qonaqlar Lətif Kərimovun 110 illiyinə həsr olunmuş Mübariz Ələkbərovun dekorativ –tətbiqi sənət nümunələrindən “ Metalda həkk edilmiş gözəllik” adlı fərdi sərgisinə baxmışlar. Bir-birindən gözəl işlənmiş əl işləri həqiqətən Azərbaycan dekorativ sənətinin bənzəri olmadığına bir daha öz möhürünü vurmuşdur.
AZpress.AZ xəbər saytının verdiyi xəbərə əsasən bildiririk ki, simpozium 3 iyun tarixində də davam etmişdir.
AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !