ADU-nun nümayəndələri Bakı SOS Uşaq Kəndi ni ziyarət etdilər -

ADU-nun nümayəndələri “Bakı SOS Uşaq Kəndi”ni ziyarət etdilər

Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının müəllimi Ülfan Mirzəzadənin təşkilatçılığı ilə Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 225 b qrup tələbələri “1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə “Bakı SOS Uşaq Kəndi”ni ziyarət ediblər. Cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək məqsədi ilə gerçəkləşən görüşü valideyn himayəsindən məhrum olan uşaqlar böyük sevinclə qarşılayıblar.

Uşaq kəndinin kiçik sakinlərinin şeirlər səsləndirib, mahnılar oxuduğu tədbirdə tələbələr onlara müxtəlif hədiyyələr təqdim ediblər, birgə xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, 60-dan çox valideyn şəfqətindən məhrum olan kimsəsiz, azyaşlı və məktəbli uşaqlara himayədarlıq edən “Bakı SOS Uşaq Kəndi”ndə onlar üçün hər cür şərait yaradılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !