Bakıda yarım milyondan çox insan Uber tətbiqindən istifadə edir -

Bakıda yarım milyondan çox insan “Uber” tətbiqindən istifadə edir

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti bu gün Bakıda il ərzində göstərdiyi fəaliyyətinin yekunlarını açıqlayıb.2015-ci ilin aprel ayından mobil tətbiqi istifadəyə verilməsindən sonra “Uber” Azərbaycan paytaxtının nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilib.

“Uber” tətbiqi yerli bazarda istifadəyə verildiyi dövrdən etibarən Bakıda bu tətbiqdən yarım milyondan artıq insan yararlanıb ki, bunlar həm Bakı sakinləri, həm də istirahətə və ya işgüzar səfərə gələn turistlərdir. Bu isə Azərbaycan paytaxtının hər dördüncü sakini deməkdir.

Bakının 60 mindən artıqsakini tətbiqi yükləyərək şəhər ərazisində sözügedən xidmətdən fəal istifadə edir. Misal üçün Bakı Olimpiya Stadionu tam dolduqda burada keçirilən futbol matçlarını və ya digər idman yarışlarınıməhz bu qədər tamaşaçı izləməyə gəlir.

Tətbiq istismara verildiyi andan “Uber” istifadəçilərinin qət etdikləri məsafə bir milyon kilometrdən çox təşkil eib ki, bu da Yer kürəsindən Aya qədərolan məsafədəntəxminən üç dəfə çoxdur.

Bu nəticələr “Uber”in şəhər ərazisində avtomobil ilə hərəkət etmək üçün ən əlçatan vasitəsinə çevrilməsi ilə əlaqədardır. Son aylar ərzində “Uber” Bakıda fəaliyyətinin effektivliyini artıra bilib və qiymətləri 20% endirib. İndiBakıda “Uber”lə gediştarifləri belə olcaq: avtomobilin ünvana çatdırılması – 0,55 AZN, hər kilometrə görə – 0,34 AZNvə qət olunan məsafənin hər dəqiqəsinə görə – 0,02 AZN. Eyni zamanda hava limanına gediş də yeni müəyyən edilmiş tariflərlə hesablanır – 7 AZN və hava limanı ərazisinə daxilolmağa görə 1 AZN. “Uber” – Bakının elə yerlərindəndir ki, burada bank kartı ilə ödəniş etmək mümkündür.

Bakıda xidməti istifadəyə verdiyi andan “Uber” sistemdəki tərəfdaşsürücülərin sayını xeyli artırıb, bununla yanaşı şirkət avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtını 8 dəqiqədən 5 dəqiqəyə azaldaraq istifadəçilərin etibarını qazanıb.

“Son bir neçə il ərzində Bakı şəhəri sürətlə inkişaf edib – müasir binalar və idman tikintilərdən başqaAzərbaycan paytaxtını yaşayış üçün daha rahat edən yeni texnoloji həllərmeydana çıxır. “Uber” şəhərin yeni zahiri görünüşü ilə çox tez uzlaşaraq ictimai nəqliyyatın ayrılmaz hissəsinə və şəxsi avtomobilin real alternativinə çevrilib”,- deyə “Uber”in MDB ölkələri üzrə regional meneceri Aleksey Stax bildirib.

Bakıda “Uber” tətbiqindən əcnəbi qonaqlar, o cümlədən həm turistlər, həm də biznes-səyahətçilər faəl istifadə edir. Bu da öz növbəsində səfər üçün məşhur istiqamət kimi şəhərin cazibədarlığını artırır. Bakıda bu tətbiqdən dünyanın 40 ölkəsindən artıq olan nümayəndəsi yararlanır –Rusiya, Böyük Britaniya, ABŞ, BƏƏ, Fransa, Türkiyə, İsveçrə, Çexiya, Qətər, Polşa və s.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !